Kelantan


KelantanMalayziyanın ştatlarından biri. Ştatın inzibati mərkəzi Kota Barudur.

Malayziyanın ştatı
Kelantan
malay Kelantan Darul Naim
BayraqGerb
BayraqGerb
Selamat Sultan

5°15′ şm. e. 102°00′ ş. u.


ÖlkəMalayziya
İnzibati mərkəzKota Baru
İcra başçısıV Məhəmməd (Malayziya kralı)
SultanMuhammad Faris Petra
Tarixi və coğrafiyası
Sahəsi15 024 km² (6-cı yer)
Saat qurşağı+8
Əhalisi
Əhalisi1 539 601 nəfər (2010) (9-cu yer)
Əhalinin sıxlığı102,48 nəfər/km² (9-cu yer)
Rəqəmsal identifikatorlar
AbreviaturaKN
ISO koduMY-03
Telefon kodu03
Poçt indeksi15000–18999
Avtomobil nömrəsiD
Rəsmi sayt
Kelantan xəritədə
Kelantan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kelantan Malayziya yarımadasının şimal-şərqində yerləşir. Ştat şimaldan Tailandın Narathovat əyaləti, cənub-şərqdən Trenqanu , qərbədn Perak, cənubdan Pahanq ştatı ilə həmsərhəddir. Kelantan ştatının şimal-şərqində Cənubi Çin dənizi yerləşir.

Kelantan Malayziyada çoxlu arxeoloji kəşflər yeri kimi tanınır. Bu ştata həmçinin ibtidai aborigenlərin yaşayış məskəni də daxildir. Kelantanın əsasən kənd həyat tərzi və nisbətən kənarda qalmasına görə yarımadanın digər ştatlarında olan Malay mədəniyyətindən fərqli cəhətləri var. Bu fərqliliklər özünü mətbəx, incəsənət, və xüsusi olaraq dildə büruzə verir.

İqtisadiyyat

Kelantan düyü, kauçuk və tütünün üstünlük təşkil etdiyi aqrar iqtisadiyyata malikdir. 96 km-lik sahil xətti boyu balıqçılıq mühüm iqtisadi fəaliyyətə daxildir. Batika, ağacoyma və sonqket kimi sənətkarlıq istehsalı sahələri də mövcuddur. Son illər turizm, xüsusilə dəniz adalarının əhəmiyyətini artırıb. Ştatda bir neçə nüfuzlu mehmanxana tikilib və müasir ticarət mərkəzləri açılıb.

Kelantan rəsmi pul vahidi kimi qızıl dinar və gümüş dirhəmi təqdim edən ilk ştat olub.[1][2]

Turizm

Kelantanda məşhur turizm yerləri arasında aşağıdakılar mühüm yer tutur:

  • Xədicə bazarı – Məhəmməd Peyğəmbərin həyat yoldaşının şərəfinə adlandırılmış bazar.[3]
  • Qununq Stong Dövlət Parkı – Malayziyada ən hündür şəlalələrdən birinin – yeddi səviyyəli Jevalanq şəlaləsinin yerləşdiyi yer.[4]
  • Pantai Bisikan Bayu (Mehin pıçıltısı çimərliyi)– Çimərlikdə zəif meh əsdiyinə görə yerli sakinlər deyirlər ki, bu səs sakitləşdirici pıçıltı kimi səslənir.[5]
  • Sənətkarlıq kəndi və Sənət muzeyi - Burada naxış çəkmə, sonqket toxuma, batika , gümüş işi və ağacoymaya kimi Kelantan sənətkarlığının bir çox gözəl nümunələri saxlanılır.[6]

İstinadlar

Xarici keçidlər