Kennet Vals

Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan12 may 2013[1], Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, BerkliKolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir.[2] Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur.[3]

Kennet Vals
ing. Kenneth Neal Waltz
Doğum tarixi8 iyun 1924(1924-06-08)
Doğum yeri
Vəfat tarixi12 may 2013(2013-05-12)[1] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər iltihabı
Vətəndaşlığı
Əsas maraqlarıbeynəlxalq münasibətlər, politologiya

Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir.[4] Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır.[5]

Dissertasiya mükafatı

Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir. Komitə istənilən üslubu qəbul edir, istər tarixi, istər kəmiyyət, istər nəzəri, istər siyasi təhlili və s.[6]

Təltifləri

Vals 1990-cı ildə "Nüvə mifləri və siyasi reallıqlar"a görə "American Political Science Review"da ən yaxşı məqalə üçün 1991-ci ildə Hayns Aynlau mükafatını almışdır.[7] O, 1999-cu ildə Amerika Siyasi Elmlər Assosiasiyasından "siyasət elminə görkəmli elmi töhfələrə görə" Ceyms Medison mükafatını almışdır.[8] 2010-cu ildə Beynəlxalq Tədqiqatlar Assosiasiyası onu Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Bölməsinin Fəxri Alimi adlandırmışdır.[9]

2008-ci ildə Aberistuit Universiteti tərəfindən Valsın şərəfinə "Düşüncə kralı: Nəzəriyyə, mövzu və Vals" adlı konfrans keçirilmişdir.[10] Burada "İnsan, dövlət və müharibə" kitabının nəşrinin 50 illiyi və "Beynəlxalq Siyasət Nəzəriyyəsi" kitabının 30 illiyi qeyd edilmişdir.[9]

Vals Kopenhagen Universiteti, Oberlin Kolleci, Nankay Universiteti, Aberistuit Universiteti və Makedoniya Universitetindən fəxri doktorluq dərəcəsi almışdır.[9]

Əsərləri

  • Man, the State, and War. Columbia University Press. New York: 1959.
  • Foreign Policy and Democratic Politics: The American and British Experience. Little, Brown and Company. New York: 1967.
  • Theory of International Politics. Waveland Press. Long Grove, IL: 1979 (reissued 2010).
  • The Use of Force: Military Power and International Politics. University Press of America. New York: 1983. (coauthored with Robert Art).
  • Reflections on Theory of International Politics. A Response to My Critics, in: Keohane, Robert: Neorealism and Its Critics. 1986.
  • The Spread of Nuclear Weapons: A Debate Renewed. W. W. Norton & Company. New York: 1995.
  • Realism and International Politics. Routledge. 2008.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər