Kianu Rivz

Kanadalı aktyor, prodüser və musiqiçi

Kianu Çarlz Rivz (2 sentyabr 1964[1][2][…], Beyrut[6]) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə yayımlanan "Hangin' In" teleserialında rol alaraq etdi. Bundan iki il sonra 1986-cı ildə çəkilmiş "Youngblood" filmində göründü. Rivz 1989-cu ildə "Bill & Ted's Excellent Adventure" komediya filmində baş rol oynadıqdan sonra məşhurlaşdı və onun davam filmlərində də çəkildi. O, "My Own Private Idaho" filmindəki roluna görə təriflənmiş və "Point Break" və "Speed" ​​filmlərindəki rollarına görə döyüş filmi ulduzu kimi tanınmışdır.

Kianu Rivz
ing. Keanu Charles Reeves
Doğum adıKeanu Charles Reeves
Doğum tarixi2 sentyabr 1964(1964-09-02)[1][2][…] (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Fəaliyyətiteleviziya aktyoru, kino aktyoru, aktyor, film prodüseri, kinorejissor, müğənni, səsləndirmə aktyoru[d], musiqiçi, yazıçı
Fəaliyyət illəri1984-cü ildən
Boyu1,86 m[7]
Çəkisi79 kq[7]
IMDbID0000206
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rivz bir sıra yaxşı nəticə verməyən filmə çəkildikdən sonra nəhayət 1997-ci ildə buraxılan "İblisin vəkili" qorxu filmindəki roluna görə yenidən rəğbət qazandı. 1999-cu ildə "Matris" filmində Neo rolunu oynaması onu daha da məşhur etdi. O, "Constantine" (2005) filmində Con Konstantin rolunu oynadı, "The Lake House" (2006), "The Day the Earth Still" (2008) və "Street Kings" (2008) filmlərində də rol aldı. Kianu Rivz bir müddət uğursuzluqla üzləşdikdən sonra 2014-cü ildə "Con Vik" filmlərində sui-qəsdçi rolunu oynayaraq uğurlu bir geri dönüş etdi. Time jurnalı 2022-ci ildə onu "Dünyanın ən nüfuzlu 100 insanları"ndan biri adlandırdı.[8]

Kianu Rivz aktyorluqla yanaşı həm də rejissorluqla da məşğuldur. 2013-cü ildə onun rejissorluq etdiyi "Man of Tai Chi" filmi ekranlara çıxmışdır. Kianu Dogstar qrupunda bas gitara çalır və yazıçılıq və xeyriyyəçilik kimi digər işlərlə də məşğul olur.

Həyatı

Kianu Rivz 2 sentyabr 1962-ci ildə Livanın Beyrut şəhərində anadan olub. Onun anası Patrisia (Teylor) geyim dizayneri və ifaçıdır. Anası əslən Esseksdən olan ingilisdir.[9] Amerikalı olan atası Samuel isə Havaydandır. Atası Havay yerlisi, çinli, ingilis, irland və portuqal mənşəlidir.[10][11] Kianunun ata tərəfdən olan nənəsi Havayda yaşayan çinlidir.[12] Kianunun anası, onun atası ilə Beyrutda işləyərkən tanış olub.[13] Atası sonralar arvadını və üç yaşında olan Kianunu qoyub getmişdir. Kianu Rivz sonuncu dəfə atasını 13 yaşında Havay adası olan Kauaidə gördüyünü deyir.[14]

Onun valideynləri 1966-cı ildə boşanıb.[15] Daha sonra anası uşaqları ilə Sidneyə, daha sonra isə Nyu-Yorka köçdü. Anası 1970-ci ildə orada Brodvey və Hollivud rejissoru olan Pol Aaronla evləndi. Cütlük Kanadanın Toronto şəhərinə köçüb və 1971-ci ildə ayrılmışdır.

Filmoqrafiya

İstinadlar