Kilsə Ataları

Kilsə Ataları ( yun. Ἐκκλησιαστικοί Πατέρες ; pravoslavlıqda müqəddəs atalar) — IV əsrin sonlarından doqmatikanın, iyerarxik təşkilatın və ibadətlərin formalaşmasında xüsusi çəkiyə malik olan keçmişin görkəmli və nüfuzu kilsə xadimləri münasibətdə istifadə edilən fəxri titul. Hesab olunur ki, Kilsə Ataları ortodoksallıq, həyatlarının müqəddəsliyi və kilsənin tanınması ilə seçilir; Katolik tədqiqatçılar bu meyarlara qədimliyi də əlavə edirlər.[1][2]

Üç müqəddəs

Kilsə Atalarının fəlsəfi və teoloji təlimi patristika, ilahiyyat elminin bu təlimi öyrənən bölməsi isə patrologiya adlanır.

Katoliklikpravoslavlıqda eyni asketlər və ruhani yazıçılar Kilsə Ataları adlandırılır, lakin onların ehtiram səviyyəsində fərq var. Qərbdə klassik patristik dövr adətən Sevilyalı İsidor [3], Rus Pravoslav Kilsəsində - Dəməşqli İoann [4], Yunan kilsələrində - Qriqori Palamas və onun tərəfdarları ilə başa çatmış hesab olunur.

Sonrakı ilahiyyatçılar Qərbdə Kilsə doktorları, onların təlimi isə sxolastika adlanır.

İstinadlar