Konqsoya

Konqsoya (norv. Kongsøya) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Kral Karl Torpağının bir hissəsini təşkil edir. Ada Norveçə məxsusdur.

Konqsoya adası
norv. Kongsøya
Ümumi məlumatlar
Sahəsi191 km²
Hündür nöqtəsi320 m
Əhalisi0 nəfər (2012-ci il)
Yerləşməsi
78°56′ şm. e. 28°35′ ş. u.
Ölkə Norveç
Akvatoriya
Konqsoya adası xəritədə
Konqsoya adası
Konqsoya adası

Coğrafiyası

Daxil olduğu qrupun ən böyük adasıdır. Lonqyirbyuendən 260 km şimal-şərqdə, Şimal-Şərq Torpağından isə 80 km cənubda yerləşir. Adasnın sahəsi 191 km², maksimal hündürlüyü isə 320 metrdir. Ada bitki örtüyü baxımından olduqca kasıbdır.

Əhəmiyyəti

Konqsoya, Vrangel adası (Rusiya) və Çörçill burnu (kanada) ağ ayıların dünya miqyasında əsas yaşayış mühiti hesab edilir[1] Ada Nordaust-Svalbard qoruğu ərazisinə daxildir.

Mənbə

İstinadlar