Koreya təqvimi

Koreya təqvimi — ənənəvi lunisolar təqvim. Digər Şərqi Asiya ölkələrinin ənənəvi təqvimləri kimi, Koreya Təqvimi əsasən Çin təqvimindən əldə edilir.[1][2] Tarixlər Koreyanın meridianlarından (Cənubi Koreya üçün müasir dövrdə 135-ci meridian şərqindən), eləcə də bayram və bayramların Koreya mədəniyyətinə əsaslanaraq hesablanır.

Xüsusi Koreya Təqvimi bayramlarında insanlar.

Qreqorian təqvimi 1896-cı ildə rəsmən qəbul edilmişdi, lakin yaşlı nəsillər üçün ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır.[3] Bu gün Koreyanın ən böyük bayramı Seollal, ənənəvi Koreya Yeni ilinin ilk günüdür. Digər əhəmiyyətli festivallara həmçinin Boreumdaal (ilk tam ay), Dano (bahar şənliyi) və Chuseok (məhsul ayı festivalı) və Samjinnal (bahar-açılış festivalı) kimi istinad edilən Daeboreum daxildir. Digər kiçik festivallara isə Yudu (yay festivalı) və Chilseok (musson festivalı) daxildir.

Tarix

Koreya təqvimi Çin təqvimindən əldə edilir. Ənənəvi təqvim 270 ilə 963 arasında Koreya dövrü adları ilə təyin edilmiş, sonra Koreya və Çin dövrünə aid adları 1894-cü ilə qədər bir neçə dəfə istifadə edilmişdir. 1894 və 1895-ci illərdə isə ay təqvimi, 2031-ci ildə meydana çıxmış Joseonun yaranmasından hesablanmağa başlandı.

Həftənin günləri

Qeyd edək ki, ənənəvi Koreya təqvimində "həftəiçi" konsepsiyası yoxdur: Bunlar müasir təqvimdən alıntıdır:

AzərbaycancaHangulHanjaTələffüzüPlanetar
Bazar ertəsi월요일月曜日voryoilAy
Çərşənbə axşamı화요일火曜日hvayoilMars
Çərşənbə수요일水曜日suyoilMerkuri
Cümə axşamı목요일木曜日mogyoilYupiter
Cümə금요일金曜日geumyoilVenera
Şənbə토요일土曜日toyoilSaturn
Bazar일요일日曜日iryoilGünəş

Aylar

Müasir koreya dilində hər iki - ənənəvi ay təqvimi və Qərb təqvimlərinin ayları Çin-Koreya rəqəmlərini "ay" mənasında "Sino-Koreya" sözü ilə əvəz etməklə adlandırılır. Bundan əlavə, ilk, on birinci və on ikinci aylarda ənənəvi Çin ay adlarına bənzər digər Koreya adları var.[4] Lakin, ikinci ay üçün Xìngyuè ("ərik ayı") kimi digər ənənəvi Çin ay adları Koreyada istifadə edilmir.

Müasir adıMilli adıQeydlər
TərcüməsiHangulRRTərcüməsiHangulRR
Ay 11월 (일월)IlwolPələng ayı호랑이달Horangidal
Əsas ay정월 (正月)Jeong-wolÇin dilindən alınma söz: Zhēngyuè
Ay 22월 (이월)IwolDovşan ayı토끼달Tokkidal
Ay 33월 (삼월)SamwolƏjdaha ayı용달Yongdal
Ay 44월 (사월)Sawolİlan ayı뱀달Baemdal
Ay 55월 (오월)OwolAt ayı말달Maldal
Ay 66월 (유월)YuwolQoyun ayı양달Yangdal
Ay 77월 (칠월)ChilwolMeymun ayı원숭이달Wonseung-idal
Ay 88월 (팔월)PalwolXoruz ayı닭달Dakdal
Ay 99월 (구월)Guwolİt ayı개달Gaedal
Ay 1010월 (시월)SiwolDonuz ayı돼지달Dwaejidal
Ay 1111월 (십일월)SibilwolSiçan ayı쥐달Jwidal
Qış Günü ayı동짓달DongjitdalDōngyuè, - "Qış ayı" (Çincə ilə çox oxşar)
Ay 1212월 (십이월)SibiwolÖküz ayı소달Sodal
섣달SeotdalLàyuè, - "Qorunma ayı" (Çincə ilə oxşar)

Ənənəvi bayramlar

Koreya ay təqviminə əsasən, ildə 14 dəfə keçirilən xüsusi bayramlar vardır:

Festivalın adıƏhəmiyyətiHadisələrTarix (ay təqvimi ilə)Xüsusi ərzaqlar
SeollalAy təqvimində yeni ilDədə-babaların qəbirləri ziyarət edilir, qohum-qonşunun yeni ili təbrik edilir.İlk ayın ilk günüdilimlənmiş düyü tortu və ya ballı tort.
Daeboreumİlk tam ayAy salamlanır, pis ruhları qovmaq məqsədilə ocaqlar qalanır.İlk ayın 15-ci günüfındıqlı düyü, yerfındığı, qoz, fındıq və şabalıd şərabı.
MeoseumnalXidmətçi bayramıEv təmizləmə,balıqçıların dini bayramı təşkil edilir.2-ci ayın ilk günüananas soslu düyü tortu.
SamjinnalKöçmüş qaranquşların geri dönməsiAyaq döyüşü, falçılıq təşkil olunur.3-cü ayın 3-cü günüazalea şərabı, azalea düyü tortu.
HansikTarla sezonunun başlamasıBöyüklərin, dədə-babaların qəbirləri ziyarət edilir.Qış gündönü-

mündən 105

gün sonra

sadəcə soyuq yeməklər: mugwort tortu, mugwort şorbası və s.
ChopailBüddənin ad günüLotus işıqları festivalı4-cü ayın 8-ci günüdüyü tortu, güllü düyü tortu.
DanoYaz festivalıSaçlar süsən suyu ilə yuyulur, güləş5-ci ayın 5-ci günübitkili düyü tortu.
YuduSu salamlanması günüPis şansı yola salmaq məqsədi ilə, su salamlanır və saçlar salamlanan suda yuyulur.6-cı ayın 15-ci günübeş ədəd rəngli noodle və pişmiş düyü tortu.
ChilseokXalq deyiminə görə Gyeonwoo və Jiknyeo bu günü tanış olub.Toxuculuq bacarıqları təqdim edilir.7-ci ayın 7-ci günüağ tort, külkas şorbası.
BaekjungBüddəyə ibadət günüBüddəyə ibadət edilər.7-ci ayın 15-ci günüqarışıq düyü tortu.
ChuseokYığım gestivalı.Dədə-babaların məzarları ziyarət edilər, ilk düyünün yığımını bayram edərlər.8-ci ayın 15-ci günüKülkas şorbası, şabalıd və ananas souslu düyü tortu.
JungyangjeolKöçəyən qaranquşlar günü.Payız ayı şeir və şəkillərlə qarşılanır.9-cu ayın 9-cu günübalıq yumurtası, ballı turunc çayı.
DongjiQış gündönümü.Pis ruhları qovmaq məqsədilə ayin təşkil edilər.Günəş təqviminə əsasən 22 Dekabrqırmızı lobya şorbası.
Seotdal GeumeumYeni il axşamı.Bütün gecə qapılar açıq qalaraq, dədə-babaların ruhları evə girilər.12-ci ayın (Son ayın) son günütərəvəzli qarışıq düyü.

Bunlardan başqa, hər bölgəyə görə dəyişən xüsusi ay təqvimi bayramları da vardır.

İstinadlar