Kotaku

"Kotaku" — bloq tipli ABŞ videooyun veb saytı. Sayt müxtəlif platformalar və janrlar üçün videooyunlarda ixtisaslaşmışdır. "Kotaku" saytı "G/O Media"ya məxsusdur.

Kotaku
Loqonun şəkli
URLkotaku.com
TipiBloq
Dilləriingilis dili
Açılma tarixioktyabr 2004
Alexa reytinqi
  • 3.544 (2 oktyabr 2021)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allure Media" 2007-ci ilin avqustunda "Kotaku Australia" veb-saytını istifadəyə vermişdir. Bu sayt həm "Kotaku"dan lisenziyalı məzmundan, həm də özünə malik eksklüziv məzmundan istifadə edir.[2]

Tarixi

"Kotaku.com" domeni 4 mart 2002-ci ildə qeydiyyata alınışdır.[3] Saytın özü 4 oktyabr 2004-cü ildə fəaliyyətə başlamışdır.[4]

Mükafatlar

"Kotaku" saytı "CNET Networks"in dünyanın 100 ən yaxşı və ən populyar bloqları siyahısına daxil edilmişdir.[5] Bundan başqa, 2009-cu ilin may ayına olan məlumata görə, sayt "Technorati"nin ən populyar 100 bloq siyahısında 34-cü yerdədir.[6]

"Kotaku" digər 28 saytla birlikdə "Game Critics Awards: Best of E3 2009"un qalibini müəyyən edən münsiflər heyətinə daxil olmuşdur.[7]

İstinadlar

Xarici keçidlər