Kristian Dopler

İohann Kristian Andreas Dopler (29 noyabr 1803[1][2][…], Zalsburq, Müqəddəs Roma imperiyası[3]17 mart 1853[1][2][…], Venesiya, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası[3]) — Avstriyalı riyaziyyatçı və fizik. 1800-cü illərin ortalarında öz adı ilə adlandırıldığı "Dopler effekti" sayəsində məşhurlaşdı. Kristian Dopler radio dalğası yayan hər hansı bir cismin müşahidəçiyə yaxınlaşıb-uzaqlaşdıqca tezliyinin dəyişirmiş kimi müşahidə olunması nəzəriyyəsini fikrini söyləmişdir.

Kristian Dopler
Christian Doppler
Doğum tarixi
Doğum yeriZalsburq, Avstriya
Vəfat tarixi (49 yaşında)
Vəfat yeriVenesiya, İtaliya
Vəfat səbəbiağciyər xəstəliyi[d]
Dəfn yeri
  • San-Mikel qəbiristanlığı[d]
Vətəndaşlığı Avstriya İmperiyası
Təhsili
Fəaliyyətiriyaziyyatçı, fizik, akademik[d], astronom, pedaqoq, professor
TanınırDopler effekti
christian-doppler.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kristian Dopler Avstriyanın Salzburq kəndində olduqca istedadlı divar ustasının ailəsində anadan olmuşdur.Ancaq vücudu zəif,xüsusilə də xəstə olduğu üçün tez-tez atası ilə birgə çalışa bilməmişdir.Salzburqda lisey təhsilini tamamladıqdan sonra Vyanada astronomiya və riyaziyyatla bağlı ciddi işlər görən Dopler, 1841-ci ildən etibarən Çex Texnik Universitetində riyaziyyat və fizika professoru olaraq çalışmışdır.

Bir il sonra, onu dünyaya məşhurlaşdıran Dopler effekti haqda məqalə yazıb, Praqadakı professorluq karyerası boyunca riyaziyyat,fizika və astronomiya mövzularında 50-dən çox elmi iş nəşr etdirmişdir.

Praqadakı araşdırmaçılıq karyerası, 1848-ci ildə baş verən inqilablar səbəbindən yarımçıq qalmış və Vyanaya qaçmaq məcburiyyətində qalmışdır. 1850-ci ildə Vyana Universiteti nəzdində olan "Təcrübi Fizika universiteti"nə başçılıq etmişdir.

1853-cü ildə 50 yaşında olarkən Venesiyada ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir.

Ədəbiyyat

  • Храмов Ю. А. Физики. часть = Доплер Христиан (Doppler Johann Christian), с. 106, ссылка часть 544.

Həmçinin bax

Xarici keçidlər