Kərkük

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Kərkük
كركوك
Kerkük
کەرکووک
35°28′ şm. e. 44°24′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü350 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi1 031 082[1] nəfər (2021)
Xəritəni göstər/gizlə
Kərkük xəritədə
Kərkük
Kərkük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərkük (ərəb. كركوكkürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi.

Tarixmənbəni redaktə et

Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi.[2]

Əhalimənbəni redaktə et

Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624[3] nəfər qeydə alınmışdır.

Milli tərkib və dillərmənbəni redaktə et

İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".[4]

Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.[5] Kərkük şəhəri 26 məhəllədən ibarət idi. Onun 21-də türkmanlar, 5-də isə kürdlər çoxluqda idilər.

Kərkük şəhərinin məhəllələrimənbəni redaktə et

Kərkükdən bir görünüş

Xasasu çayının qərbində yerləşən Türkman məhəllələri:

  1. Qorya (türkman)
  2. Əhməd Ağa (türkman)
  3. Şatırlı (4/5-i türkman, 1/5-i assur və erməni)
  4. Sarı Kahya (4/5-i türkman, 1/5-i assur)
  5. Mahatta (türkman)
  6. Almaz (1/3-i türkman, 1/3-i kürd və 1/3-i assur)
  7. Bəylər (türkman)
  8. Ərəfə (1/2-i türkman, 1/2-i assur)
  9. Bağdad Yolu (türkman)
  10. Tisin (türkman)
  11. Yengi Tisin (türkman)
  12. Həmzəlilər (türkman)
  13. Gavur Bağı (Qarışıq: bütün millətlər)

Xasasu çayının şərqində yerləşən türkman məhəllələri:

  1. Qala (türkman)
  2. Müsəlla (4/5-i türkman, 1/5-i ərəb)
  3. Çay (türkman)
  4. Piryadi (türkman)
  5. Ovçu (türkman)
  6. Bulaq (4/5-i türkman, 1/5-i kürd)
  7. Çuxur (türkman)
  8. Axır Hüseyn (4/5-i türkman, 1/5-i kürd)
  9. Qəssabxana (türkman)

Xasasu çayının qərbində yerləşən kürd məhəllələri:

  1. Rəhim ova (3/4-ü türkman, 1/4-i kürd, assur və erməni)

Xasasu çayının şərqində yerləşən kürd məhəllələri:

  1. İmam Qasım (2/3-i kürd, 1/3-i türkman)
  2. Şorca (2/3-i kürd , 1/3-i türkman)
  3. İskan (1960-cı ildə İraq Ordu Generalı Əbdül Kərim Qasım tərəfindən inşa etdirilib) (3/4-ü kürd , 1/4-i türkman)
  4. Azadi (1970-ci ildə inşa edilib) (kürd)

Memarlıqmənbəni redaktə et

Kərkük cümə məscidi

Hamamlarmənbəni redaktə et

Kərkük şəhərində yerləşən ən məşhur tarixi hamamlar:

  1. Piryadı hamamı
  2. Dədəhəmdi hamamı
  3. Bulaq hamamı
  4. Cövdət hamamı
  5. Şor hamamı
  6. Xaç Baki hamamı
  7. Qala hamamı
  8. Nidələr hamamı
  9. Toqad hamamı
  10. Gavurbağı hamamı
  11. İbrahim Bəy hamamı
  12. Əli Bəy hamamı
  13. Qorya hamamı
  14. Saray hamamı
  15. Hacı Həsən hamamı

Xarici keçidlərmənbəni redaktə et

İstinadlarmənbəni redaktə et

Mənbəmənbəni redaktə et

Həmçinin baxmənbəni redaktə et

Naviqasiya menyusu