Kürdlər
Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar.
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
20.000.000[1][2] – 35 022 000[3][4] | ||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||||||||
İslam | ||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||||||||
Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir.[20]
Dil və mənşə
Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc .
Məskunlaşma
Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur. Ancaq təxmini də olsa bu haqda rəqəmlər irəli sürmək olduqca çətindir, belə ki, XXI əsrin əvvəlində kürdlər dünyaya səpələnmiş şəkildə onlarla ölkədə yaşasalar da onların əksəriyyəti bu ölkələrdə yeni yaranmış diasporalara sahibdirlər və əksərən yaşadıqları ölkələrin vətəndaşları deyildirlər. Nəticədə onların saylarına dair təxminlər verilərkən böyük ölçüdə vətəndaşlıqları ikinci plana alınaraq gözardı edilir, həm vətəndaşaları olduqları ölkələrdə həm də əcnəbi statusunda yaşadıqları ölkələrdə hesablanırlar və nəticədə təxminlər qeyr-real şəkil alaraq süni olaraq artır. Əminliklə söyləmək münkündür ki, kürd etnosuna mənsub fərdlərin təxminən 90–95%-ə qədəri Türkiyə, İraq, Suriya və İran dövlətlərinin vətəndaşlarıdır (xeyli ölçüdə İraq, İran və Suriya vətəndaşı olan kürd əsilli əhali müharibə və digər humanitar fəlakətlərin təsirindən yayınmaq, daha yaxşı həyat şəraiti axtarışı və sairə amillərin təsiri ilə qeyr-qanuni şəkildə Türkiyəyə köçmüş və hazırda vətəndaşlıqları olmadan daimi olaraq bu ölkədə yaşamaqdadırlar). Avropada məskunlaşmış kürd diasporalarına aid olan insanların təxminən 75%-80%-i isə məskunlaşdıqları ölkələrin vətəndaşları deyildirlər (böyük ölçüdə Türkiyə vətəndaşlarıdır).
Türkiyədə
Türkiyədə kürdlərin sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir.
- 1965-ci ildə aparılmış siyahıyaalmada kurmanc dilini ana dili kimi 2.219.502 nəfər (ana dilini kurmanc dili olaraq qeyd edənlərin 1.323.690[23] nəfəri kurmanc dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi (yəni ana dilini kurmanc dilindən başqa bir dil olaraq göstərən və həmçinin kurmanc dilini də bildiyini qeyd edənlər; bunlar içərisində ana dilini zaza, türk, ərəb, çərkəz, süryani və erməni dilləri olaraq qeyd edənlər birlikdə 99%-dən çox olmuşdur) isə 429,168 nəfər göstərmişdir, yəni Türkiyənin zazalar sayılmadan qeyd edilən iki göstəriciyə əsasən kurmanc dilini bilən əhalisi 2,648,670 nəfər olmuşdur.[24] Beləliklə, 1965-ci ildə 31,391,421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 8,44%-ni kürdlər (kurmanclar) təşkil edirdi (Belə ki, kürd dilinin kurmanc ləhcəsini bilən hər kəs etnik olaraq kürd olmamışdır, yəni "ikinci ən yaxşı bildiyim dil" qrafasında "kurmancca" deyə qeyd edənlərin içərisində kökən olaraq şərqi anadoluda kürdlərlə iç-içə yaşayan və müəyyən dərəcədə "dil baxımından kürdləşmiş" şiə türklər-öz deyimləri ilə ələvi türkmənlərin, həmçinin məlum səbəblərdən dolayı əsasən XX əsrin əvvəllərində 1910–1920-ci illərdə sürətlə islamı qəbul etmiş və ya onun kölgəsinə sığınmış bölgədən köç etməyərək "erməni şüuruna sahib olduğu halda" özünü kürd olaraq göstərən ermənilərin, kürdlərlə qarşılıqlı dolğun qohumluq əlaqələri olan ərəblərin müəyyən hissəsinin, kürdlərdən ayrı bir millət hesab edilən zazaların da olması nəzərə alınmalıdır).
- Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76,667,864 nəfərdir .[25] Əgər bu nisbət payı (8,44 %) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 6.471 milyon nəfər kürd yaşamalıdır. Ancaq uzun illərdir kürdlərin əksəriyyətinin məskunlaşdığı Türkiyənin şərq və cənub-şərq vilayətlərində əhalinin təbii artımının yüksək olması, həmçinin 1-ci körfəz müharibəsində 1 milyondan artıq kürdün İraqdan Türkiyəyə keçərək burada məskunlaşması kürdlərin ölkə əhalisi içərisində payını xeyli artırmışdır.[26]
- Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyə əhalisinin 76%-ni Anadolu türkləri , 15,7%-ni kürdlər və zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri, 0,7%-ni ərəblər, 4,7%-ni isə digər etnik qruplar təşkil edir.[5][27]
İranda
İranda kürdlər ölkə əhalisinin təxminən 5 %[28] – 7%[7][29]-ni təşkil edirlərlər (bu zaman bu qurupun içərisinə sayları 1 milyondan yuxarı olan və lur dilində danışan ləklər, lur dilində danışan feylilər və kermanşahilər, həmçinin tutarlı elmi əsaslarla kürd olmadıqları təsdiqlənmiş zaza toplumuna daxil olan goranlar və s. kürdlüyü mübahisə doğuran qruplar sayılmadan irəli sürülmüş təxminlərə əsasən 5,3%[30]) və bu payla onların İranda sayı 2006-cı ilə olan təxmini hesablamalara əsasən 4,9 milyon nəfərdir.
İraqda
- 1957-cii ildə İraqda aparılmış siyahıyaalmanın 1959-cu ilin əvvəlində elan olunmuş yekun nəticələrinə əsasən İraqın 6,34 milyon nəfərlik əhalisinin 12,92%-ni (819 min nəfər) kürdlər , 8,94%-ni (567 min nəfər) isə türkmanlar təşkil etmişdir. Sonrakı siyahıya almalarda türkmənlərin sayı süni şəkildə azaldılaraq bölgələrdən asılı olaraq ya ərəb ya da kürd kimi qeyd edilmişdir.
- 2008-ci ilə olan rəsmi təxminə əsasən İraq əhalisi 31,895,637[31] nəfərdir . Müxtəlif təxminlərə əsasən kürdlər ölkə əhalisinin təxminən 13%-ni, 15%[32]-ni, 17%[6][33][34]-ini və ya 20%[32]-ni təşkil edirlər və bu payla onların İraqda sayı 2008-ci ilə olan təxmini hesablamalara əsasən 4,1–6,4 milyon nəfərdir.
Suriyada
Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[35] nəfər olduğu təxmin edilir. Suriyada kürdlərin ümumi əhali içərisindəki nisbətinə dair müxtəlif təxminlər (1993-cü ilə 938 min nəfər və ya əhalinin 6,3%[8]-i ; 1995-ci ilə 1,075,100[36] nəfər və ya 14,661,500[36] nəfər ölkə əhalisinin 7,33%[36]-i ; 2001-ci ilə 500 min nəfər və ya əhalinin 2,8%-i ; 2002-ci ilə 1,5 milyon nəfər və ya əhalinin 8%[37]-i ; 2004-cü ilə 1,8 milyon nəfər və ya əhalinin 10%[38]-i ; 2004-cü ilə 2,5 milyon[39] nəfər və ya əhalinin 13%[39]-14%[39]-i)[40] mövcuddur. Bu təxminlər 2,8%-dən 14%-dək dəyişməkdədir. Bu təxminləri nəzərə alaraq Suriyada kürdlərin sayını 2011-ilin sonu üçün 0,6–3 milyon arasında qiymətləndirmək münkündür.
Azərbaycanda
Kürdlər hazırda Naxçıvan MR-nın Şərur rayonunun Dərəkənd[41] kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Bozlu, Kamallı, Şeylanlı, Katos, Ağcakənd Şəlvə Dambulaq Qorçu Ağbulaq kəndləri), Kəlbəcər (Soyuqbulaq, Yuxarı Şurtan, Orta Şurtan, Aşağı Şurtan, Zəylik, Xallanlı, Çaykənd, Ağcakənd və Oruçlu Rəhimli (Kəlbəcər) elliklə), Qubadlı (Zilanlı Kürd Mahruzlu kəndi) rayonlarında da kürdlər yaşayırdılar. İşğaldan sonra bu rayonların əhalisi Azərbaycanın digər şəhər və rayonlarına məcburi köçkün düşmüşlər.[42]
İnzibati-ərazi vahidi | 1979 | 1999[43] | 2009[19] |
---|---|---|---|
Bütün ölkə üzrə | 5 676 | 13 075[44] | 6 065 |
Laçın rayonu | 2 437 | 5 073 | 1 914 |
Naxçıvan MR | 1 696 | 2 282 | 1 321 |
Samux rayonu | 865 | 753 | |
Xaçmaz rayonu | 485 | 607 | 603 |
İsmayıllı rayonu | 382 | 498 | |
Yevlax rayonu | 879 | 210 | |
Bakı şəhəri ə/d | 51 | 760 | 185 |
Goranboy rayonu | … | 162 | 102 |
Qazax rayonu | 102 | 100 | |
Ağstafa rayonu | 67 | 68 | |
Kəlbəcər rayonu | 4 | 1 248 | 38 |
Göygöl rayonu | 299 | 123 | 34 |
Gəncə şəhəri | 122 | 31 | |
Tərtər rayonu | 77 | 27 | |
Abşeron rayonu | … | 27 | |
Şəki rayonu | 115 | 47 | 26 |
Şəmkir rayonu | … | 68 | 22 |
Oğuz rayonu | … | 21 | |
Ağcabədi rayonu | 1 | 18 | |
Lənkəran rayonu | … | 14 | |
Zəngilan rayonu | … | 14 | |
Sumqayıt şəhəri ə/d | … | 9 | |
Daşkəsən rayonu | 20 | 8 | |
Mingəçevir şəhəri | 5 | 7 | |
Salyan rayonu | 3 | 4 | 4 |
Şuşa rayonu | 33 | 3 | |
Gədəbəy rayonu | 32 | 1 | |
Tovuz rayonu | 1 | 47 | … |
Göyçay rayonu | 6 | … | |
Bərdə rayonu | 3 | … | |
Xocalı rayonu | 2 | … | |
Füzuli rayonu | … | 1 | … |
Saatlı rayonu | … | 1 | … |
İraqın Süleymaniyə şəhərində kürd təşkilatlarının qurultayı keçirilib. Qurultayda nümayiş etdirilən "qırmızı Kürdüstanın" xəritəsinə Naxçıvan, Laçın, Zəngilan, Qubadlı və Kəlbəcər rayonları daxil edilib, kürdlərin Azərbaycanda məskunlaşması məsələsi müzakirə olunub. Məhz həmin qurultaydan sonra kürdlərin Azərbaycan Respublikasına köçürülməsi planlı şəkildə həyata keçirilir.[45],[46][47][48]
Ermənistanda
2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər Yezidi Kürd və 1,519 nəfər Müsəlman Kürd yaşayır .
Livanda
Kürdlərin Livana ilk gəlişləri XVI əsrin əvvəllərində təxminən Osmanlı Sultan I Səlimin hakimiyyəti dövründə başlamışdır. Sultan tərəfindən bu ərazidə yerləşən bəzi feodal bölümlərə hakim vəzifələrə təyin edilmiş kürd ailələri XIX əsrədək demək olar ki tamamiylə ərəbləşərək asimilyasiya olmuşdurlar. Hazırda Livanda mövcud olan kürd toplumunun Livanda məskunlaşma tarixi isə I dünya müharibəsinin başlanması dövrünə təsadüf edir. Ancaq bu ölkədə yaşayan kürdlərin təxminən 95%-i iki əsas köç dalğası (1925–1937-ci illərdə Türkiyədən, 1960-cı ildən sonra Suriyadan) ilə Livana yerləşən əhalinin varisləridir. Suriyada yaşayan kürdlərin çoxu Türkiyə kökənlidir və 1925–1937-ci illər arasında Türkiyədə baş vermiş kürd qiyamları zamanı qiyamda iştirak etmələri ilə əlaqədar Türkiyə xüsusi xidmət orqanları tərəfindən təqib olunduqlarından dolayı ölkələrini tərk edərək Livanda məskunlaşmışdırlar . Onların demək olar ki, hamısı hazırda Livan vətəndaşlarıdır. Torpaq islahatları (özəlləştirmə) aparan mərkəzi Suriya hökuməti islahatlar gedişində ölkənin şimal bölgələrində torpaq sahibliyinə və vətəndaşlığa dair sənəndlərdə xeyli ölçüdə saxtakarlıqlar olmasından şübhələnərək 1962-ci ildə (rəsmi s.a. 1960-cı ildə aparılmışdı) bu bölgələri əhatə edən xüsusi siyahıya alma aparmışdır, nəticədə 1945-ci ildən sonra qeyri-qanuni olaraq Türkiyədən ölkəyə köç edərək məskunlaşmış və saxta sənədlər alaraq torpaq payına iddia edən 120,000[36] nəfər (Suriyada yaşayan cəmi kürdlərin təxminən 45%-i qədər) kürd müəyyən olunmuş və oların pasportları müsadirə edilərək vətandaşlıqları ləğv olunmuşdur. Kürdlərin Suriyada hüquqlarını bərpa edə bilməyən bu qismi ölkəni tərk edərək xaricə üz tuturlar. Onların müəyyən hissəsi 1960–1980-ci illərdə Livanda məskunlaşmışdır. Livanda yaşayan kürdlərin ümümi sayı (1985-ci ilə dair təxminlərdə 60,000–90,000 nəfər) hazırda (2012) qeyri-rəsmi hesablamalara əsasən 75,000–100,000 nəfər dolayında qiymətləndirilir. Bütün kürdərin 75%-80%-i Beyrut mühəfazasında (əsasən Beyrut şəhərində) məskunlaşmışdır. Livanda yaşayan kürdlərin 70%-i bu ölkə vətəndaşı deyildirlər.
Gürcüstanda
1939-cu ildə aparılmış siyahıya almaya əsasən Gürcüstanda 12,915[49] nəfər müsəlman və Yezidi kürd yaşayırdı. Həmin siyahıya alamaya əsasən 13 min nəfərə yaxın kürdün təxminən 4,000[49] nəfəri Mesxetiya-Cavaxetiya bölgəsində , 3,000[49] nəfəri əsasən Batum şəhəri olmaqla Acarıstan MR-da , 6,000 nəfəri isə digər iri sənaye mərkəzlərində məskunlaşmışdı. SSRİ Komunist Partiyasının birinci katibi İosif Koba Cuqaşvili Stalinin əmriylə 1944-cü ildə Gürcüstanın Türkiyə sərhəddi boyu məskunlaşmış 100,000 nəfər müsəlman (Ahıska türkləri, Kürdlər və Müsəlman Ermənilər-Hemşinlilər) əhalisi əsasən Qazaxıstan, qismən Qırğızıstan, Türkmənistan və Özbəkistana sürgün edildilər . Sürgün olunanların təxminən 9,000[49] nəfərini müsəlman kürdlər təşkil edirdi. 2002-ci ildə Gürcüstanda aparılmış rəsmi siyahıya almaya əsasən bu ölkədə 18,329[49] nəfər Yezidi və 2,514[49] nəfər Müsəlman Kürd yaşayır. 2002-ci il siyahıya almasına əsasən 18,329 nəfər Yezidi kürdün 17,116[49] nəfəri Tiflis şəhərində, 357[49] nəfəri Telavi rayonunda , 293[49] nəfəri Rustavi (Bostandərə) şəhərində qalanları isə digər ərazilərdə məskunlaşmışdır. İşsizlik və ağır sosial şəraitin təsiri ilə Yezidi kürdləri ölkəni kütləvi surətdə tərk edir və qazanc axtarmaq məqsədiylə Avropa ölkələrinə miqrasiya edirlər. Nəticədə ölkədəki Yezidi kürdlərin sayı kəskin azalmışdır. 2005-ci ilə olan təxminə əsasən Gürcüstanda daimi olaraq 6,000[49] nəfər Yezidi kürd yaşamaqdadır.
Əfqanıstanda
Hazırda Əfqanıstanda yaşayan çoxsaylı onlarla xalqlar içərisində kürdlər də az sayda təmsil olunmaqdadırlar. Onlar əsasən dağınıq halda Herat, Kabil və sairə kimi iri şəhərlərdə məskunlaşmışdırlar. Ana dilləri kurmanccadan başqa əsasən türkmən və dari dillərində danışan kürdlərin sayları Əfqanıstan əhalisinin (2011-ci ilin əvvəlində 25.500.100[50] nəfər) təxminən 0,10%[51]-i qədərdir.
Türkmənistanda
10–21 yanvar 1995-ci il rəsmi əhali siyahıya alınmasına əsasən Türkmənistanda 6,097[52] nəfər kürd yaşamaqdadır.
Tacikistanda
21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 7 nəfəri etnik kürdlərdən ibarətdir.[53]
Avropada
Finlandiyada 7.135 nəfər kürd yaşayır.[54]
Tanınmış kürdlər
Mənbə
- Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.
İstinadlar
Population
With an estimated population of 67 million in 2004, Iran is one of the most populous countries in the Middle East. ... Iran’s second largest ethnolinguistic minority, the Kurds, make up an estimated 5 percent of the country’s population and reside in the provinces of Kerman and Kurdistan as well as in parts of West Azerbaijan and Ilam. Kurds in Iran are divided along religious lines as Sunni, Shiite, or Ahl-e Haqq.
Xarici keçidlər
- Anadolu’da "Kürdistan" Nasıl Uyduruldu?
- "Kürt" Adı Üzerine
- Kurdish tribes — Encyclopaedia İranica
- Yazidis i. General — Encyclopaedia İranica
- Parlamentimizdə 20–yə yaxın təmiz kürd deputat var — www.musavat.com — Xəbərin onlayn yayınlanma tarixi: 2 iyul 2011 09:31; Yoxlanılıb: 19.02.2015
- Türkiyede Etnik Dağılımlar — www.yenicag.org Arxivləşdirilib 2011-04-01 at the Wayback Machine — Xəbərin onlayn yayınlanma tarixi: 15 yanvar, 2011; Yoxlanılıb: 19.02.2015
- Депортация курдов — Kurdist.ru
- Kürdlər kimdir?
- Qorbaçov Laçında "Kürdüstan" yaratmaq istəyib? — ARAŞDIRMA Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine