Süryani dili

Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – MesopotamiyaŞərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti.[2] I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur[3]. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur.[4] Süryani əlifbası ilə yazılır.

Süryani dili
Orijinal adıܠܫܢܐ ܣܘܪܝܝܐ
Ölkə
Təsnifatı
afroasiya dilləri[d]
sami dilləri
qərbi sami dilləri[d]
mərkəzi sami dilləri[d]
şimal-qərbi sami dilləri[d]
Arami dili
süryani dili
Yazısüryani əlifbası[d]
Dil kodları
QOST 7.75–97сир 602
ISO 639-1
ISO 639-2syc
ISO 639-3syc
Ethnologuesyc
IETFsyc
Glottologclas1252
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xristianlıqda rolu

Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə AssuriyaAkkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta AsiyayaYaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır.[5]

Tarixi

Süryani dilində İncil, Matta 5:8 - ܛܘܼܒܲܝܗܘܿܢ ܠܐܲܝܠܹܝܢ ܕܲܕ݂ܟܹܝܢ ܒܠܸܒ̇ܗܘܿܢ܄ ܕܗܸܢ݂ܘܿܢ ܢܸܚܙܘܿܢ ܠܐܲܠܵܗܵܐ܂ (Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Tanrını görəcək.)

Süryani dilinin inkişafı mərhələləri:

  • Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
  • Orta Arami dili (ܟܬܒܢܝܐ - Xatabanaya - Ədəbi Süryani dili)
    • Şərqi Süryani dili - Assuriya Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Qədim Şərq Kilsəsi və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir.
    • Qərbi Süryani dili - Süryani Pravoslav Kilsəsi, Süryani Katolik Kilsəsi və Maruni Kilsəsinin kilsə dilidir.

İlk dəfə Qədim Arami dilinin dialekti olaraq Assuriya hökmdarı III Tiqlatpalasar dövründə (e.ə. 745-727) , dövlət dili olaraq isə ilk dəfə e.ə.132-ci ildə Osroenada istifadə olunmağa başlanmışdı.

Ədəbi Süryani dili

III əsrdən başlayaraq artıq Edessa kilsələrində Süryani dili kilsə dili olaraq istifadə olunurdu. Süryani dilində yazılmış Bibliya versiyasının adı Peşitta (ܦܫܝܛܬܐ) adlanır. Müqəddəs Efrem Süryani dilində toplu dini əsərlərin ən məşhur müəllifidir. Nestorian küfrünün baş verməsindən sonra dil zamanla Şərqi Süryani dili və Qərbi Süryani dili olaraq ayrılmışdır. İslamın yayılması ilə əlaqədar olaraq ərəb dili onu əvəz etmiş, danışıq dili olaraq sadəcə Şimali İraqda qalmışdı.

Hazırkı vəziyyəti

Hazırda İraqda rəsmi statusa malik azlıq dili kimi tanınır.[6]İraq, İsrail, İsveçKeralada məktəblərdə tədris olunur.[7] Türkiyədə Süryani dilində tədris verən uşaq bağçası fəaliyyət göstərir.[8] Azərbaycanda da danışılır.[9]

İstinadlar

Xarici keçidlər