Latışlar

(Latış səhifəsindən istiqamətləndirilmişdir)

Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüterankatolik, pravoslavlar da vardır.

SSRİ, 1962-ci ildə buraxılmış poçt markasında təsvir edilən latış xalqı

Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. [1]

Sayları:

Mənbə

İstinadlar