Latviya


Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya[3] (liv. Leţmō) və ya Liflyandiya,[4] rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Latviya
latış. Latvijas Republika
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
Tēvzemei un Brīvībai, Per la Pàtria i la llibertat, Best enjoyed slowly
Tarixi
 • Elan4 may 1990
 • Tanınma6 sentyabr 1991
Rəsmi dilləri
PaytaxtRiqa
İdarəetmə formasıUnitar nümayəndəli demokratiya parlamentli respublika
PrezidentEdgars Rinkēvičs
Baş nazirEvika Siliņa
SahəsiDünyada 124-cü
 • Ümumi64,589 km² km²
 • Su sahəsi (%)2.09%
Əhalisi
 • Əhali1.907.675 nəfər (147-ci)
 • Siyahıyaalma (2011)2.070.371 nəf.
 • Sıxlıq29,6/km² nəf./km² (147-ci)
DemonimLatviyalı
Valyutaavro
İnternet domeni.lv
ISO koduLV
BOK koduLAT
Telefon kodu+371
Saat qurşaqları
Nəqliyyatın yönüsağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya

  1. Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular.[5]
  2. "Letiya" (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə "Letiya" şəklində Henrix salnamələrində (1209) rast gəlinmişdir. Əvvəldən almanlar qədim latqalların yaşadığı torpaqları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəlib. Litva dilində bu söz latışların adından (lit. latviai) yaranmışdı.[6]

Əhali

Əsas məqalə: Latviya əhalisi

Dil

Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir.

Din

Latviyada din (2011)[7]
Lüteranlıq
  
34.2%
Katolisizm
  
24.1%
Rus Pravoslavlıq
  
17.8%
Eski inananlar
  
1.6%
Digər xristianlar
  
1.2%
Digər və ya dinsizlər
  
21.1%

Latviyada ən böyük din Xristianlıqdır,[8] amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir.[9]

Ərazi

Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.

Xarici keçidlər

İstinadlar