Leopard 1

Leopard 1 (alm. Leopard‎) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır.

Leopard 1
TipiƏsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri1965
İstifadə edilən döyüşlərBosniya müharibəsi, Əfqanıstan müharibəsi (1979-1989)
İstehsal tarixçəsi
KonstruktorKraus-Maffei Wegmann
Konstruksiya tarixi1979- davam
İstehsalçıKrauss-Maffei Wegmann
Maschinenbau Kiel
Xüsusiyyətləri
Ağırlığı42.2 ton
Zireh70 mm RHA
Şose sürəti65 km/saat
Güc nisbəti1500 a.g.
Əsas silah105mm'lik Royal Ordnance L7 yivli top
Köməkçi silah2×7.62 mm MG-3
Uzunluğu9,54 mm
Eni3.37 mm
Hündürlüyü2.39 mm
Ekipaj4 nəfər (komandir,sürücü,topçu,yükləyici)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, NorveçTürkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır.

İstehsalçı ölkə: Almaniya

Tip: Əsas döyüş tankı

İstehsalçı firma: Kraus-Maffei Wegmann

İstehsal tarixi: 19641984

Xidmətə giriş ili: 1966 – günümüzə

İstehsal sayı: 6000 ədəd

Ekipaj: 4 nəfər

Ölçülər

Ağırlığı: 42.4 ton

Uzunluğu: 7.09 m

Lülə daxil olmaqla: 9.54 m

Lülənin uzunluğu: 5.89 m

Eni: 3.41 m

Hündürlüyü: 2.76 m

Klirens: 0.44 m

Müdafiə

Zirehi: diyirlətmə homogen polad

Zireh qalınlığı: 10–70 mm

Sis bombaları

Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma)

Performans

Zəminə təzyiq: 0.85 kq/sm ²

Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə)

Xəndək keçmə: 3 m

Maneə keçmə: 1.15 m

Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana)

Mühərrik: MTU MB 838 Ca M500 dizel

At gücü: 830

Yanacaq çəninin tutumu: 985 litr

Maksimal sürət: 62 km/saat

Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km

Asqı tipi: fərdi burulma bar

Optik sistemlər

Komandirin optik və idarəetmə sistemi: TRP-1A

Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə

Silahlanma

Əsas silahı: 105 mm-lik “L7A3” yivli topu

Kalibr: 105 mm

Lülənin qalxma bucağı: –9º... +20º

Üfüqi tuşlama bucağı: 360º

Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə

Atış tezliyi: 10 atış/dəqiqədə

Atəş məsafəsi: 2 km

Maksimal atəş məsafəsi: 5 km

Döyüş sursatı: 60 ədəd

– 2 ədəd 7.62 mm “MG3” pulemyotu

Kalibr: 7.62 mm

Mərmi: 7.62x51 mm NATO

Atış tezliyi: 1000-1300 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 820 metr/saniyə

Atəş məsafəsi: 1.2 km

Maksimal atəş məsafəsi: 3.75 km

Mərmi sayı: 5200 ədəd

Tarixi

Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı.

Yeni çıxarılacaq tank 30-40 ton ağırlığında, yaxşı bir mühərrikə sahib olan, NBC qorumalı, dövrün anti-tank silahlarına dayanıqlı və Varşava Paktının üzvlərinin sahib olduğu tanklardan daha yaxşı bir tank olmalı idi. Yeni çıxarılacaq tanka 105 mmlik bir top lüləsi və bu tankın ABŞ istehsalı tanklara görə daha çox sursat daşıya bilməsi idi.

Fransa üzərində çalışdığı AMX-50 proyektinin müvəffəqiyyətsizliyə uğrayınca Almaniya ilə yeni müştərək tank proyektini başlamaq üzrə razılaşdılar. Avropa müştərək tank layihəsi çərçivəsində 1950-ci ilin sonlarına doğru Leopard 1 tankı inkişaf etdirilməyə başlanmış və 1963-cü ildə Alman Krauss Maffei Wegmann və Mak firmaları ortaq işlərə davam etmişdir. 1965-ci ildə Alman ordusu üçün istehsala başlanmış, istehsalı zaman zaman dayandırılmasına baxmayaraq 1984-cü ilə qədər davam etmişdir. Italyan ordusu üçün İtalyan Otobreda firmasi da Leopard 1 tanki çıxarmışdır. Müxtəlif modelləri tapılmaqdadır.

Modelləri

  • Leopard 1A1
  • Leopard 1A2
  • Leopard 1A3
  • Leopard 1A4
  • Leopard 1A5
  • Leopard 1A6
  • Leopard 1T (Türkiyə modernizasiyalı)
  • Tank Qurtarıcı İstehkam Texnikası
  • Gepard təyyarələri vurmaq üçün nəzərdə tutulmuş texnika
  • Bergepanzer
  • Eber raket daşıyan-atan
  • Biber körpü tankı