Lisu xalqı

Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, TailanddaHindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856[3] nəfər, 2000-ci il sayımı zamanı 634.912[4] nəfər, 2010-cu il sayımı zamanı isə 702.839[5] nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər)[5] Yunnan əyalətində yaşayır.

Lisular
çin. sadə. 傈僳族

Çində, Myanmada, Tailandda və Hindistanda yaşayan Lisu əsilli qızlar
Ümumi sayı
≈ 1 100 000
Yaşadığı ərazilər
Çin ÇXR702 839(2010)[1]
Myanma Myanma300 000(2007)[2]
Tailand Tailand40 000(2007)[2]
Hindistan Hindistan2 700(2007)[2]
Dili

Lisu dili

Qohum xalqlar

Lolo-Birma xalqları

İstinadlar

Xarici keçidlər