Lorenzo di Bonaventura

Lorenzo di Bonaventura (1957[1], Nyu-York, Nyu-York ştatı) — italyan mənşəli amerikalı kinorejissorkino prodüseridir. 1990-cı illərdə Warner Bros. üçün işləmişdir. Harvard Universitetini bitirib.

Lorenzo di Bonaventura
Doğum tarixi1957[1]
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyətifilm prodüseri
Təhsili
IMDbID0225146
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

1990-cı illərdə o, Warner Bros. şirkətinin icraçı prodüseri idi. Onun şəxsi şirkəti olan Di Bonaventura Pictures Paramount Pictures ilə birgə təsis edilmişdir. Warner Bros.da işlədiyi müddətdə Matriksi kəşf etmiş və J. K. Rowlingin kitabları əsasında çəkilmiş, eyni zamanda istehsalına rəhbərlik etdiyi Harry Potter franşizasının film hüquqlarını almışdır.

O, yazıçı Maykl Skottun "Ölümsüz Nikolas Flamelin sirləri" adlı altı hissəli fantastik romanlarının film hüquqlarını əldə etməyi hədəfləmişdir. Di Bonaventura "Skottun fantaziya seriyası Harri Potterdən sonrakı təbii təkamüldür" demişdir.

Şəxsi həyatı

Simfonik orkestr dirijoru olan atası Mario di Bonaventura onu Harvard Universitetinə göndərmişdir. Daha sonralar isə o, Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində MBA dərəcəsi üzrə təhsil almışdır.

İstinadlar