Müqəddəs Aqnes katakombaları

Müqəddəs Aqnes katakombaları (it. Catacomba di Sant'Agnese) — Romada, Via Nomentana ərazisində, Sant-Anyeze-fuori-le-Mura monumental kompleksi içərisində katakombalar.

Qəbiristanlıq
Müqəddəs Aqnes katakombaları
Ölkə
Yerləşdiyi yerRoma
41°55′22″ şm. e. 12°31′07″ ş. u.
Müqəddəs Aqnes katakombaları xəritədə
Müqəddəs Aqnes katakombaları
Müqəddəs Aqnes katakombaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katakombanın adı Müqəddəs Aqnesin adından gəlir. O, bu katakombalarda basdırılmış ən məşhur xristian şəhidi hesab olunur. Onun ölümü imperator Diokletianın əmri ilə xristianların təqib olunduğu dövrə təsadüf edir. Latın ənənəsinə görə, Müqəddəs Aqnes 21 yanvar 304-cü ildə, 12 yaşında öldürülmüşdür. Ehtimal olunur ki, cadugərlikdə günahlandırılan Aqnes odda yandırılmağa məhkum edilmişdir. Buna baxmayaraq, alov ona toxunmadan bədəninin altına yayılmış, saçları da çılpaqlığını örtəcək qədər uzanmışdır. Bu möcüzədən sonra Aqnesin boğazına qılınc vurulmuşdur. Ölümündən sonra cəsədi katakombalarda basdırılmışdır.[1][2]

İstinadlar