Məmo bəy Məmai

Məhəmməd bəy Hacı Əhməd bəy oğlu (Məmo bəy Məmai) — şair.

Məmo bəy Məmai
Doğum adıMəhəmməd bəy Hacı Əhməd bəy oğlu
Doğum tarixi
Doğum yeriŞuşa
Vəfat tarixi
Vəfat yeriŞuşa
Dəfn yeri
Fəaliyyətişair
Üzvlüyü
Vikimənbənin loqosu Məmo bəy Məmai Vikimənbədə

Həyatı

Məmo bəy Məmai 1849-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Ailədə Məmo çağrıldığından bu adla tanınmışdı. İbtidai təhsilini molla yanında almışdı. Məmai təxəllüsü ilə şeirlər yazırdı. Xurşidbanu Natəvanın başçılıq etdiyi "Məclisi-üns" şairlər birliyinin üzvü idi. O, sənətilə əlaqədar Rusiya, Orta Asiya, Türkiyə yə İranın bir çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə alaraq "Səyahətnamə" adlı əsər yazmışdır, lakin həmin əsər bu günə gəlib çıxmamışdır.

Şair 1918-ci ildə Şuşada vəfat etmişdir.

Əsərlərini klassik üslubda, Azərbaycanfars dillərində yazan Məmainin bədii irsindən xeyli nümunə qalmışdır.

Yaradıcılığı

Mənbə