Məsud Yılmaz

Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947[1][2], İstanbul30 oktyabr 2020[3], İstanbul[4]) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli[6][7] türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır.

Məsud Yılmaz
türk. Mesut Yılmaz
bayraq
Türkiyə Respublikasının 33-cü baş naziri
bayraq2
30 iyun 1997 – 11 yanvar 1999
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiNəcməddin Ərbakan
SonrakıBülənt Ecevit
6 mart 1996 – 28 iyun 1996
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiTansu Çillər
SonrakıNəcməddin Ərbakan
bayraq
Türkiyə Respublikasının 28-ci baş naziri
bayraq2
23 iyun 1991 – 20 noyabr 1991
PrezidentTurqut Özal
Əvvəlkiİldırım Ağbulud
SonrakıSüleyman Dəmirəl
bayraq
Türkiyə Respublikasının 30-cu xarici işlər naziri
21 dekabr 1987 – 21 fevral 1990
ƏvvəlkiMelih Halifoğlu
SonrakıƏli Bozər
Şəxsi məlumatlar
Doğum tarixi6 noyabr 1947(1947-11-06)[1][2]
Doğum yeri
Vəfat tarixi30 oktyabr 2020(2020-10-30)[3] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər xərçəngi[5]
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi, diplomat
Həyat yoldaşıBərna Yılmaz (1976-dan)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi.

1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub. Həmin il noyabr ayında keçirilən seçkilərdə parlamentə Rizədən millət vəkili seçilib.

1991–2002-ci illərdə Ana Vətən Partiyasının lideri vəzifəsində çalışıb. 1986–1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətdə Xarici İşlər Naziri və Mədəniyyət və Turizm Naziri vəzifəsinə təyin edilib. 1991-ci ildə baş nazir təyin edilib.

1991–1999-cu illər arasında ümumilikdə təxminən 2 il ərzində 3 dəfə baş nazir və müxtəlif nazirliklərdə çalışıb. Türkiyədə 1995-ci ildəki ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində yenidən baş nazir olub. 1997–1999-cu illər arasında da baş nazir vəzifəsində çalışıb.

2000–2002-ci illər arasında DSP-MHP-ANAP koalisiyasında dövlət naziri və baş nazirin müavini təyin edilib. 15 yanvar 2009–2011 arasında ANAP və Doğru Yol Partiyasının birləşməsi nəticəsində qurulan Demokrat Partiyasında siyasi fəaliyyətini davam etdirib.

2004-cü ildə Ali Məhkəmədə mühakimə olunub və Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.[8]

2019-cu ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət müalicə olunmasına baxmayaraq, 2020-ci il oktyabrın 30-da vəfat etmişdir.[9]

Haqqında yazılmış kitablar

  • Faruk Bildirici, Hanedanın Son Prensi (2007) (türk.)
  • Hakan Şanlıtürk, Maratoncunun Molası: Mesut Yıllardan Notlar (2004) (türk.)

İstinadlar