Məzrə (Cəbrayıl)

Cəbrayıl rayonunda kənd

MəzrəAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir.[2]

Məzrə
39°19′ şm. e. 47°06′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü280 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Məzrə xəritədə
Məzrə
Məzrə

Toponimikası

Tarixi

1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür.[3]

Coğrafiyası və iqlimi

Kənd düzənlikdə yerləşir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.

İstinadlar

Həmçinin bax