Mahmud Xudaverdiyev (Tacikistan)

Mahmud Xudaverdiyev (tacik :Махмуд Худойбердиев; 18 oktyabr 1964ehtimal ki, 2001) — Tacikistanda üsyançıların lideri. O, əvvəlcə Tacikistan prezidenti Emoməli Rəhmonun müttəfiqi olsa da, sonralar müxalifətçi olmuşdur. Xudaverdiyev Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Sovet Ordusunun keçmiş mayorudur. O, həmçinin Tacikistan ordusunun birinci briqadasının komandiri vəzifəsində çalışmışdır.[1]

Mahmud Xudaverdiyev
tac. Маҳмуд Туронович Худойбердиев
Şəxsi məlumatlar
Doğum tarixi18 oktyabr 1964(1964-10-18)
Vəfat tarixiehtimal ki, 2001
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsipolkovnik
Döyüşlər
Təltifləri"Qırmızı ulduz" ordeni "Şəxsi cəsarətə görə" ordeni "İgidliyə görə" medalı

Həyatı

1964-cü il oktyabrın 18-də Qorqontəpə şəhərində inşaatçı ailəsində anadan olmuşdur. O, yarı özbək və yarı tacikdir.[2][3] 1985-ci ildə Almatı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirdikdən sonra Əfqanıstanda Sovet qoşunlarının məhdud kontingentinin tərkibində 70-ci Əlahiddə Mühafizə Motorlu Atıcı Batalyonunun 1-ci motoatıcı batalyonunun kəşfiyyat taqım komandiri kimi xidmət etmişdir. O, bu əsnada yaralanmışdır. 1990-cı ildə Tacikistana getmişdir. Xudaverdiyev Sovet İttifaqının yenidən qurulmasını dəstəklədiyini bildirmişdir.[3]

Mükafatlar

Xudverdiyev "Qırmızı ulduz" ordeni, "Şəxsi igidliyə görə" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[4]

İstinadlar