Taciklər

Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq

Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, ƏfqanıstandaÖzbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir.[9]

Taciklər
tac. Тоҷик, dəri تاجيک
Ümumi sayı
18-25 mln (2020)[1]
Yaşadığı ərazilər
Əfqanıstan Əfqanıstan9,5 mln.[2](2020)
Tacikistan Tacikistan7,54 mln.(2020)
Özbəkistan Özbəkistan1,502,919[3](2016)
İran İran0,438 mln.(2012)[4]
Rusiya Rusiya0,2 mln.(2010)
Almaniya Almaniya0,09 mln.(2005)[5]
Qırğızıstan Qırğızıstan0,048 mln.(2012)
Çin ÇXR0,051 mln.(2010)[6]
Kanada Kanada0,016 mln.(2006)[7]
Ukrayna Ukrayna0,004(2001)
ABŞ ABŞ0,0009(2000)[8]
Dili

Tacik dili, Fars dili

Dini

İslam

Qohum xalqlar

İrandilli xalqlar, Uyğurlar

Məskunlaşma və sayları

Əfqanıstanda

Əsas məqalə: Əfqanıstan əhalisi

5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon[10] nəfər olmuş, onun 3.5 milyon[11] nəfərini taciklər təşkil etmişdir.

MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.[12] Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.[13] Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.[14] MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.

Tacikistanda

Əsas məqalə: Tacikistan əhalisi

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.[15] Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500[16], 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.[17] Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-ci il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşamaqdadır.

Özbəkistanda

Özbəkistanda Taciklər
Əsas məqalə: Özbəkistan əhalisi

"Açıq cəmiyyət" İnstitutu Arxivləşdirilib 2013-02-22 at the Wayback Machine nun (ing. Open Society Foundations) maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-ci il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.[18][19] Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.

İranda

Əsas məqalə: İran əhalisi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (ing. United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (ing. Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən 2006-cı il ümumiran əhali siyahıyaalınmasının yekunlarına görə İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşı qaçqınların ümumi sayı 1.211.171 nəfər olmuş, onların 39 %-ni etnik həzaralar, 22 %-ni etnik taciklər, 9 %-ni etnik puştunlar, 10 %-ni isə digər (əsasən türkmənlərə, özbəklərəbəluclara) etnik qruplara mənsub insanlar təşkil etmişdir.[20]

Rusiyada

14–25 oktyabr 2010-cu il əhali siyahıyaalınmasına əsasən Rusiya FR-da 200.303 nəfər etnik tacik yaşamaqdadır.[21]

Qırğızıstanda

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qırğızıstannın 5.551.888 nəfər əhalisinin 48.033 nəfəri etnik taciklərdən ibarətdir.[22]

Almaniyada

Almaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin (alm. Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung‎) 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar ƏfqanıstanAFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (alm. Statistisches Bundesamt‎, qısa: alm. Destatis‎) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).[23] Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.[23]

Ukraynada

5–14 dekabr 2001-c il siyahıyaalınmasına əsasən Ukraynanın 48.240.902 nəfərlik əhalisinin 4.255 nəfərini etnik taciklər təşkil edir.[24]

İstinadlar