Maliyyə vasitəçisi

Maliyyə vasitəçisi (ing. financial intermediary) — təşkilat, əsas funksiyası müxtəlif təsərrüfat subyektlərinin sərbəst vəsaitlərini toplamaq və onları müəyyən şərtlərlə öz adından bu vəsaitlərə ehtiyacı olan digər subyektlərə verməkdən ibarət olan müəyyən maliyyə institutu[1].

Maliyyə vasitəçilərinin olması ehtiyacı olanlar üçün çatışmayan vəsait əldə etmək imkanını asanlaşdırır və artıq vəsaiti olan şəxslər üçün müvəqqəti boş vəsaitlərin yerləşdirilməsi imkanlarını genişləndirir[2].

Funksiyaları

  • İnvestisiyaların müxtəlif maliyyə alətləri üzrə paylanması yolu ilə risklərin şaxələndirilməsinin həyata keçirilməsi.
  • Borcalanın ödəmə qabiliyyətinin yoxlanılması, nəticədə kredit riskinin azalması.
  • Məqbul şərtlərlə kredit verə biləcək kreditorların tapılması probleminin sadələşdirilməsi.
  • Normal iqtisadi şəraitdə kredit üçün faiz dərəcəsinin azaldılması.
  • Vəsaitlərin yığılması, bunun nəticəsində borcalanların böyük məbləğlərə olan tələbatı ödənilir[3].

Əsas növləri

Maliyyə vasitəçilərinin dörd növü var[4]:

  • Depozit tipli maliyyə institutları
  • Müqavilə üzrə əmanət təşkilatları
  • İnvestisiya fondları
  • Digər maliyyə təşkilatları

Son onilliklərdə maliyyə vasitəçilərinin maliyyə əməliyyatlarının həcmi artmışdır. Eyni zamanda, struktur dəyişiklikləri də baş verir[5][6].

İstinadlar