Maloqaraçayevsk rayonu

Maloqaraçayevsk rayonu (abq. Къарчачкӏвын район, kab.-çərk. Мало-Къэрэшей район / Мало-Къэрэшей куей, qaraç.-balk. Гитче Къарачай район, noq. Кишкей-Карашай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Uçkeken kəndidir.

Maloqaraçayevsk rayonu
Gerb
Gerb

43°56′38″ şm. e. 42°30′55″ ş. u.


Ölkə
İnzibati mərkəzUçkeken
Tarixi və coğrafiyası
Yaradılıb1922
Sahəsi
  • 1.366 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 42.803 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu87877
Poçt indeksi369380-82, 85-89, 92-94
Rəsmi sayt
Maloqaraçayevsk rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Maloqaraçayevsk rayonu Qaraçay-Çərkəz Respublikasının şərq hissəsində yerləşir. Rayonun ümumi sahəsi 1291,8871 km²-dir (2015-ci ilə olan məlumat). Aşağıdakı ərazilərlə həmsərhəddir:cənub-qərbdə Qaraçay rayonu, qərbdə Ust-Cequtinski rayonu, şərqdə Kabarda-Balkariyanın Zolski rayonu, şimal-şərqdə isə Stavropol diyarı Predqornı rayonu.

Tarixi

Maloqaraçayevsk ilk dəfə 1922-ci ildə yeni təşkil olunan Qaraçay-Çərkəz Muxtar Vilayətinin Malo-Qaraçay rayonu olaraq təşkil olunur. O dövrdə rayon mərkəzi, rayonun özünə aid olmayan Kislovodsk şəhəri idi[2]. 1957-ci ildə Qaraçay-Çərkəz Muxtar Vilayətinin yenidən qurulmasından sonra rayonun mərkəzi Üçkeken kəndinə köçrülür.

1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu).

12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[3]:

  • Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
  • Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikuban və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.

Əhali

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[4]:

  • 2024 — 42,97 min nəf.
  • 2035 — 40,55 min nəf.
Urbanizasiya

Şəhər şəraitində (Ust-Cequta şəhəri) rayon əhalisinin 60,75 % yaşayır.

Milli tərkib
Xalq2002[5]2010[6]
qaraçaylılar33 428 (84,7 %)37 643 (87,49 %)
abazinlər3 396 (8,6 %)3 373 (7,84 %)
ruslar1 124 (2,8 %)939 (2,18 %)
kabardinlər334 (0,8 %)302 (0,70 %)
balkarlar159 (0,4 %)145 (0,34 %)
noqaylar137 (0,3 %)114 (0,26 %)
laklar72 (0,2 %)62 (0,14 %)
çeçenlər230 (0,6 %)60 (0,14 %)
tatarlar96 (0,2 %)43 (0,10 %)
çərkəzlər35 (0,1 %)40 (0,09 %)
özbəklər19 (<0,1 %)37 (0,09 %)
avarlar36 (0,1 %)30 (0,07 %)
azərbaycan türkləri34 (0,1 %)30 (0,07 %)
ukraynalılar75 (0,2 %)27 (0,06 %)
digər millətlər281 (0,7 %)179 (0,42 %)

1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Maloqaraçayevsk rayonunda qaraçaylılar 61 %, ruslar — 16,2 %, abazinlər — 16,2 % təşkil etmişdir[7].

Bələdiyyə ərazi quruluşu

Maloqaraçayevsk rayonu ərazisinə 14 yaşayış məntəqəsi daxildir. Bunun 10 kənd yaşayış məntəqəsidir:Caqa, Kiçi-Balık, Krasnı Vostok, Krasnı Kurqan, Qızıl-Pokun, Pervomayskoe, Rimqora, Tereze, Uçkeken, Elkuş.

Görməli yerləri

Bu ərazidə bir çox təbii turistik yer vardır. Bunlar arasında:

Kiçmalka, Xasaut və Mushta çaylarının vadilərindəki mineral bulaqlar;

Bal şəlaləsi;

Roma dağı;

Xasaut yasaqlığı: Podkumok, Eşkakon və Xasaut çaylarının yuxarı axını, Böyük və Kiçik Bermamıt dağları.

Mənbə

İstinadlar