Malta adası

Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км².

Malta adası
malta Malta
Ümumi məlumatlar
Sahəsi246 km²
Uzunluğu
  • 27 km
Sahil uzunluğu197 km
Hündür nöqtəsi253 m
Əhalisi373.955 nəfər (2013-cü il)
Yerləşməsi
35°53′ şm. e. 14°27′ ş. u.
Ölkə Malta
Akvatoriya
Malta adası xəritədə
Malta adası
Malta adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı

İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir.

Coğrafiya və iqlim

Malta adası

Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır[1]. Fevralda orta temperatur 12 °C, avqusta 25 °C, illik yağıntının miqdarı 530 mm-dir. Adada şirin su qıtlığı vardır. Suya olan tələbat əsasən Siciliya adasından gətirilməklə və ya dəniz suyu şirinləşdirilməklə ödənilir. Adada İtaliya şamı, kserofit kollar, kaktuskimilər yayılmışdır.

İstinadlar