Mandılı

MandılıAzərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd.

Mandılı
39°28′26″ şm. e. 47°09′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mandılı xəritədə
Mandılı
Mandılı

Tarixi

Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Toponimikası

Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s. mənalarda da işlənmişdir. Kəndin digər adı Əlihüseynuşağı olmuşdur.[2]

Digər bir iddiaya görə kəndin adı Xırmandalı adının təhrif olunmuş formasıdır.[3]

Əhalisi

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Xarici keçidlər

İstinadlar