Maral gölü (Şimali Amerika)

Maral gölüKanadanın mərkəzində yerləşən göl, SaskaçevanManitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km²[1]. Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km²[2] təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur.

Maral gölü
ing. Reindeer Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü337 m
Eni60 km
Uzunluğu233 km
Sahil uzunluğu3394 km
Sahəsi7850 km²
Həcmi95,25 km³
Su tutumu60000 km²
Dərin yeri219 m
Orta dərinliyi17 m
Axan çayMaral çayı
Yerləşməsi
57°32′ şm. e. 102°16′ q. u.
Ölkə Kanada
Regionlar
Maral gölü xəritədə
Maral gölü
Maral gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir. Göldən Maral çayı və Çörçil çayındakı bəndlə Hudzon körfəzi oradan isə dünya okeanına çıxmaq olur. Göl Balıqçılıq üçün əlverişlidir[3].

Maralın cənubunda Dir buxtası yerləşir. Körfəzin uzunluğu 5 km, dərinliyi 220 metrdir. Körfəz 100 milyon il önçə bura düşmüş Meteorit nəticəsində yaranmışdır.

İstinadlar