Martuni rayonu (Ermənistan)

Martuni rayonuErmənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.[2][3] Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi.

Rayon
Martuni rayonu
İnzibati mərkəzAşağı Qaranlıq
Tarixi və coğrafiyası
Yaradılıb9 sentyabr 1930
Ləğv edilib11 aprel 1995
Əhalisi
Əhalisi75 866[1] (1989) nəfər
Martuni rayonu xəritədə

Tarixi

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir.

Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən BasarkeçərGöyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.

Martuni rayonunun kəndləriKolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac

1948–1951-ci illərdə Martuni rayonunun azərbaycanlı kəndlərinin demək olar ki, hamısı bütünlüklə boşaldılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Martuni rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adıİndiki adıDəyişdirilmə tarixi
AbdalağalıVavşen03.01.1935
VəliağalıDzoragyuğ
GölLiçik
DəlikdaşTsakkar
Aşağı QaranlıqMartuni
ƏliqırıqAstxadzor03.01.1935
ZolaxaçZolakor03.01.1935
KolagirənTsovinar03.01.1935
Yuxarı AdyamanVerin Getaşen07.12.1945
Aşağı AdyamanNergin Getaşen07.12.1945
Aşağı GözəldərəVardenik07.12.1945
KəsikbaşLernaker07.12.1945
AdamxanVardadzor03.07.1968
Aşağı AlçalıArstsvanist27.09.1968
QaranlıqGehovit03.07.1968
Aşağı Qaranlıq rayonunda mənzərə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax