Mayor Brenner

Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968).

Mayor Brenner
Ümumi məlumatlar
Doğum tarixi25 dekabr 1906 (7 yanvar 1907)
Doğum yeri
Vəfat tarixi7 aprel 1973(1973-04-07) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətipianoçu, musiqi pedaqoqu[d]
Janrklassik musiqi
Musiqi alətipiano
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Mükafatları"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1960

Həyatı

Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur.[1]

Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur[2]

Təltif və mükafatları

İstinadlar

Ədəbiyyat