Mehdiqulu xan Cavanşir

Mehdiqulu xan Cavanşir (1763, Şuşa rayonu1845, Şuşa rayonu) —1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı.

Mehdiqulu xan Cavanşir
Mehdiqulu xan Cavanşir
13 sentyabr 1806 – 1822
Əvvəlkiİbrahimxəlil xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞuşa, Qarabağ
Vəfat tarixi
Vəfat yeriAğcabədi
Dəfn yeri
MilliyyətiAzərbaycanlı
Atasıİbrahimxəlil xan
AnasıXurşudbanu
Həyat yoldaşıBədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanova
Uşaqlarıqızı:
Xurşidbanu bəyim
DiniŞiə İslam
Hərbi xidmət
MənsubiyyətiRusiya imperiyası, general-mayor
Rütbəsigeneral-mayor

Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın atasıdır.

Həyatının Erkən İlləri

1763-cü ildə İbrahimxəlil xanın ailəsində doğulmuşdur.[1] Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsidir. Bəzi mənbələrdə 1763-cü ildə anadan olması qeyd olunsa da, 1805-ci ilin noyabrında Sisisanovun verdiyi hesabata görə, Mehdiqulu xan o zaman 33 yaşında olmuşdur.[2] Bu isə onun doğum tarixinin 1772-ci il olmasını göstərir.

Mehdiqulu xan gəncliyində burnunun yarısını Qacarlara qarşı savaşda itirmişdir.[3]


İbrahimxəlil Xanın Hakimiyyəti Dövrü

O, ögəy qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birlikdə əmisioğlu Məhəmməd bəyi (Mehrəli bəyin oğlu) təqib etməyə göndərilmişdi. Məhəmməd bəy 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra çıxan xaosdan istifadə edərək Qarabağdakı, hakimiyyəti ələ almışdı.[4]

1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verilmişdir. Müqaviləyə görə, Rusiya İbrahimxəlil xanı Qarabağın xanı, onun oğlu Mehdiqulunu isə onun varisi olaraq rəsmən tanımışdır.[2] Bundan sonra, o, atası tərəfindən Bakı üzərinə yürüşə gedən Sisisanova qatılmaq üçün göndərilmişdir. Lakin, 19 yanvar 1805-ci ildə qardaşı Məhəmmədhəsən ağanın ölümündən sonra Qarabağa geri dönmüşdür.

Hakimiyyəti

Atası ilə birlikdə, arvadlarından birinin, qızının və azyaşlı oğlunun[1] rus zabitləri tərəfindən səbbəsiz şəkildə 1806-cı ildə öldürülməsindən sonra rus generalı İvan Qudoviç tərəfindən Qarabağın yeni xanı olaraq tanınmışdır.[1] 13 sentyabrda rəsmən xanlığa başlayan Mehdiqulu xan 11 noyabrda Tiflisə İvan Qudoviçin yanına səfər etmiş və rus imperatoru I Aleksandra sadiq qalacağına and içmişdir. 1807-ci ilin yanvar ayının 7-də xarici işlər naziri Andreas, Eberhard fon Budburqun əmri ilə İvan Qudoviç tərəfindən kraliyyət insiqniası ilə mükafatlandırılmışdır.「¹」

.21 noyabr 1822-ci ildə Qacarlarla apardığı danışıqlara görə Rusiya tərəfindən cəzalandırılacağını düşünürək, İrəvan, Naxçıvan və Şərur üzərindən Qacar imperiyasına qaçmışdır.[1] Bundan sonra ona 6 min tümən təqaüd və Gərgər vilayətinin gəlirləri verilmişdir. Bundan sonra xanlıq ləğv edilmiş və Rusiyanın adi vilayətlərindən birinə çevrilmişdir.

8 iyun 1827-ci ildə İvane Abxazi və Mirzə Adıgözəl bəyin vasitəçiliyi ilə yenidən Rusiya ilə münasibətləri düzəltmiş və geri dönmüşdür. 7 iyul 1827-ci ildə hökumətdən 4 min çervon təqaüd və Qacar torpaqlarından onunla birlikdə gələcək ailələrin verəcəkləri gəlirlər ayrılmışdır.

Həyatının geridə qalan hissəsini Şahbulaq yaxınlığında yaşamış və burada olarkən ispan generalı Xuan van Halenlə tanış olmuşdur.[3]

Ölümü

1845-ci ilin 14 may tarixində vəfat etmiş və Ağdamda ailə məzarlığı olan İmarət qəbirstanlığında dəfn edilmişdir.

Övladları

Yeganə övladı Xurşidbanu Natəvandır.

İstinadlar

Mehdiqulu xanİbrahimxəlil xan CavanşirMehrəli bəy Sarıcalı-CavanşirPənahəli xan QarabağlıCavanşirlər