Miçiqan gölü

Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölüMakinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir.

Miçiqan
ing. lake Michigan
Miçiqan gölünün kosmosdan çəkilmiş şəkli
Miçiqan gölünün kosmosdan çəkilmiş şəkli
Ümumi məlumatlar
Mütləq hündürlüyü177 m
Eni190 km
Uzunluğu
  • 494 km
Sahil uzunluğu2636 km
Sahəsi57750 km²
Həcmi4918 km³
Dərin yeri281 m
Yerləşməsi
43°41′32″ şm. e. 87°04′35″ q. u.
Ölkə ABŞ
YerləşməsiABŞ
Miçiqan xəritədə
Miçiqan
Miçiqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu.

Gölün birbaşa Miçiqan, İndiana, İllinoysViskonsin ştatlarına çıxışı vardır. Sahillərində Çikaqo, Evanston və Hayland-Park (İllinoys), Qrin-Bey (Viskonsin), Qeri və Hemmond (İndiana) yerləşir.

Etimologiyası və tarixi

Miçiqan gölü adını Miçiqan ştatından deyil tam tərsi ştat adını bu göldən alır. Göl öz adını mishigami sözündən götürmüşdür, Ociba dilində «böyük su» mənasını kəsb edir. Gölü ilk görən avropalı 1634-cü ildə fransız Jan Nikole olmuşdur.

Mənbə