Mişa Blek

Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor.

Mişa Blek
Misha Black
Doğum tarixi
Doğum yeriBakı, Rusiya imperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeriBöyük Britaniya Birləşmiş Krallıq
AtasıLyonel Çernıy
AnasıSofiya Dvinska
Milliyyətiyəhudi
İxtisasıdizayner, arxitektor
Fəaliyyətimemar
MükafatlarıMinerva mükafatı
Mişa Blekin dizaynları
Kernebi küçəsi nişanı
R2 sinfi qatar
Elektrik velosiped prototipi (1946-cı il)
1967-ci il qatarı

Həyatı

Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub.[1] 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb.

Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur.

Fəaliyyəti

Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur. London metropoliteninin Viktoriya xəttində hərəkət edən 1967-ci il qatarlarının dizaynı da ona məxsusdur. 1978-ci ildə, ölümündən sonra Mişa Blek mükafatı təsis olunmuşdur.[2] Maks Blekin kiçik qardaşıdır.

İstinadlar