Mişel Ney

Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804).

Mişel Ney
fr. Michel Ney
Mişel Ney
Mişel Ney
Fransa marşalı və peri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSaarlui
Vəfat tarixi (46 yaşında)
Vəfat yeriParis
Vəfat səbəbigüllə yarası[d]
Dəfn yeri
Fəaliyyətizabit
Hərbi xidmət
MənsubiyyətiFransa
Qoşun növüsüvari, piyada
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi. Fransızlar geri çəkiləndə, ruslar tərəfindən Krasnı yanında tamamilə məhv edilən, aryerqarda komandanlıq edirdi. 1813-1814-cü illər kampaniyalarında iştirak edirdi. I Napoleonun taxtdan imtina etməsindən sonra Burbonlara xidmət etməyə başladı, Fransa peri və Hərbi şuranın üzvü oldu. Yüz gün vaxtı Napoleonun tərəfinə keçir və döyüş əməliyatlarında fəal iştirak edir. Vaterloo vuruşmasında Napoleon ordusunun mərkəzinə komandanlıq edir. Burbonların ikinci bərpasından sonra həbs edilir və məhkəmənin hökmü ilə güllələnir.

Mənbə

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 5 səh. 568.

İstinadlar