Mişel Platini

Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[1][2][…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur.

Mişel Platini
fr. Michel Platini
Ümumi məlumatlar
Tam adıMişel Fransua Platini
LəqəbiPlatoche
Doğum tarixi (68 yaş)
Doğum yeriJyof, Fransa
VətəndaşlığıFransa Fransa
Boyu179 sm
Çəkisi74 kq
Mövqeyiyarımmüdafiəçi
Klub haqqında məlumat
Klubkaryerasını bitirib
Karyerası
Gənclik karyerası
1966—1972Fransa Jyof
Klub karyerası[* 1]
1972—1979Fransa Nansi183 (98)
1979—1982Fransa Sent-Etyen104 (58)
1982—1987İtaliya Yuventus147 (68)
1972—1987Cəmi434 (224)
Milli yığma[* 2]
1975—1976Fransa Fransa (Olimpiya)7 (4)
1975—1976Fransa Fransa (21 yaşlılar)3 (0)
1976—1986Fransa Fransa72 (41)
Məşqçisi olduğu klublar
1988—1992Fransa Fransa
Təltif və medalları
Dünya çempionatları
BürüncMeksika 1986
Avropa çempionatları
QızılFransa 1984
Mükafatları

"Şöhrət" ordeni"Fəxri Legion" ordeninin Zabit dərəcəsi

İmzası
İmza

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir.

Klub karyerası

  • "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol
  • "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol
  • "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol

Yığma komanda

Fransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub.

Titulları

  • Fransa kubokunun qalibi – 1978
  • Fransa çempionu – 1981
  • Fransa kubokunun finalçısı – 1981, 1982
  • İtaliya kubokunun qalibi – 1983
  • İtaliya çempionu – 1984, 1986
  • Kuboklar Kubokunun qalibi – 1984
  • Avropa Superkubokunun qalibi – 1984
  • Avropa çempionu – 1984
  • Çempionlar Kubokunun qalibi – 1985
  • Qitələrarası kubokun qalibi – 1985
  • Dünya çempionatının bürünc mükafatçısı – 1986
  • Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985
  • Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988)
  • 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub.
  • 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib

Məşqçi karyerası

Fransa milli yığma komandasının baş məşqçisi – 1988–1992

Mükafatları

Məmur kimi fəaliyyəti

Mişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib. O, 1988–1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində Platini UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələrdə işləyib. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.

Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.

Həmçinin bax

Xarici keçidlər