Mincivan

Zəngilan rayonunda qəsəbə

MincivanAzərbaycan Respublikasının Zəngilan rayonunun Mincivan qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.[2]

Mincivan
39°01′48″ şm. e. 46°43′07″ ş. u.
Ölkə Azərbaycan
RayonZəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü315 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 344 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Mincivan xəritədə
Mincivan
Mincivan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdədir. 1795–1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış, oradakı kəndin adını da yeni məntəqəyə vermişlər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınmışdır. Xalq etimologiyasına görə, oykonim "min cavan" kimi izah edilir. Ehtimal ki, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, "yer, məkan, məskən" mənalarıni bildirən -van şəkilçisindən ibarət olub, "ming məskəni, minglər" mənasını verir. Beləliklə, Mincivan etnooykonimdir.[3]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

İşğal dövrü

Bu ərazidə başçısı Ömər Şəhabi olan liviyalıların "Hizbullah" və başçısı Musa Qulam Haq olan livanlıların "Həmas" terrorçu qrupları yerləşdirilmişdir.[5]

Əhali

1912-ci il “Qafqaz təqvimi ” nə görə , Mincivan kəndində 100 nəfər, əsasən də “tatarlar” adlanan azərbaycanlılar yaşayırdı.[6].

1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə, Qubadlı qəzasının Quşan qəsəbəsi ilə Mincivanda 257 nəfər (58 təsərrüfat) yaşayırdı, əsas milləti Azərbaycan türkləri təşkil edirdi.[7]

1933-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan SSR Zəngəlan rayonunun Mincivan qəsəbəsində 322 nəfər (72 təsərrüfat) - 169 kişi və 153 qadın yaşayırdı. Mərkəzi Mincivan olan bütün kənd soveti (Baharlı, Dəlləkli, Tərəkəmə kəndləri) 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.[8]

1989-cu il Ümumittifaq siyahıyaalınmasına görə Mincivan qəsəbəsinin əhalisi 5506 nəfər idi.[9]

Milli tərkibi

Siyahıyaalma ili1970[10]1979[11]
azərbaycan türkləri4 157 (91,8 %)3 844 (98,8 %)
ermənilər219 (4,8 %)6 (0,2 %)
ruslarukraynalılar83 (1,8 %)36 (0,9 %)
digərləri71 (1,5 %)3 (0,1 %)
Ümumi4 5303 889

Tanınmışlar

  1. Elçin Bağırov şəhid,

Həmçinin bax

İstinadlar