Zöhrabbəyovun evi

(Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi səhifəsindən istiqamətləndirilmişdir)

Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi.[2] Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir[3] və XIX əsrdə tikilib.

Zöhrabbəyovun yaşayış evi
Ölkə Azərbaycan
ŞəhərŞuşa
YerləşirOcaqqulu Musayev küçəsi[1]
MemarKərbəlayı Səfixan Qarabaği
Tikilmə tarixiXIX əsr
ÜslubuArran memarlıq məktəbi
Vəziyyətinaməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5156
ƏhəmiyyətiYerli əhəmiyyətli
Zöhrabbəyovun yaşayış evi (Azərbaycan)
Zöhrabbəyovun yaşayış evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.[4]

Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.[5]

8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.[6]

Memarlıq xüsusiyyətləri

3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200–250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana, ayaqyolu var.[4]

Şəkilləri

Erməni işğalından sonra evin vəziyyəti:

Həmçinin bax

İstinadlar

Xarici keçidlər