Mister Bin (teleserial, 1990)

İngilis komediya teleserialı

Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir.

Mister Bin
ing. Mr. Bean
Janrsitkom, komediya filmi[1]
YaradıcısıRouen Atkinson
Ssenarist
Rollarda
İstehsalçı ölkə
StudiyaTiger Aspect Productions[d]
Dilingilis dili[2]
Davametmə müddəti25 dəq.
IMDbID0096657
SonrakıBin
mrbean.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mister Bin obrazını canlandıran Rovan Atkinson

İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.

Rollarda

Mr.Bean

Rovan Atkinson'un canlandırdığı əsas obraz. İş bilməz, şanssız bir şəxsiyyətə malikdir. Çox hərəkətləri uşaq kimidir. Yalnız tək tip bir paltar geyər. Ağ köynəyin üstünə bir qalstuk ilə məxmər şalvar və pencək geyər. Çox danışmaz. Ümumiyyətlə söylədiyi yalnız soyadı Bean'dır.

Bean və Teddy

Oyuncaq Ayı (Teddy)

Oyuncaq Ayı, Mr. Bean'ın ən yaxın yoldaşıdır. Çox vaxt onunla xoşbəxtdir. Mr. Bean ayısını hipnoz edərək yatızdırır. Ayısına nağıl oxuyar və onunla televiziya izləyər.

Filmləri

Mr. Bean mövzulu çəkilmiş 2 filmi vardır.

Mr Bean Filmi (Mr. Bean The Ultimate Disaster Movie)

1997-ci ildə ekranlarda göstərilmişdir. Mövzusu, Bean'ın Los-Ancelesdə yaşadığı macəralardır. Büdcəsi 22 milyon $ olan film, dünya daxilində 230 milyon $ gəlir əldə etmişdir.

Mr Bean Tətildə (Mr. Bean's Holiday)

30 mart 2007 tarixində İngiltərədə viziona girmişdir. Mr. Bean'ın Fransaya səfəri mövzu edilir.

Xarici keçidlər