Mister Olimpiya

Mister OlimpiyaBodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir.

Mister Olimpiyanın logosu

Tarixi

Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir[1]. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi.

Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.[2]. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.[3]. Turnir iki hissədən ibarətdir:

1. İlkin. 2. Final.

İlkin hissədə iştirakçılar standart hərəkətlərlə öz əzəllərini nümayiş etdirir. Final mərhələsində isə hakimlər tərəfindən seçilmiş iştirakçılar sərbəst proqramla çıxış edirlər.

Turnirin qalibləri

8 qat Mister Olimpiya Ronni Koleman
7 qat Mister Olimpiya Fil Hit

55 illik turnir tarixinin (1965–2019) cəmi 15 qalibi olmuşdur.[4]

İlQaliblərYer
1965 Larri SkotNyu-York, ABŞ
1966 Larri SkotNyu-York, ABŞ
1967 Serjio OlivaNyu-York, ABŞ
1968 Serjio OlivaNyu-York, ABŞ
1969 Serjio OlivaNyu-York, ABŞ
1970 Arnold ŞvartseneggerNyu-York, ABŞ
1971 Arnold ŞvartseneggerParis, Fransa
1972 Arnold ŞvartseneggerEssen, Almaniya
1973 Arnold ŞvartseneggerNyu-York, ABŞ
1974 Arnold ŞvartseneggerNyu-York, ABŞ
1975 Arnold ŞvartseneggerPretoriya, CAR
1976 Franko KolomboKolumbus, ABŞ
1977 Frenk ZeynKolumbus, ABŞ
1978 Frenk ZeynKolumbus, ABŞ
1979 Frenk ZeynKolumbus, ABŞ
1980 Arnold ŞvartseneggerSidney, Avstraliya
1981 Franko KolomboKolumbus, ABŞ
1982 Kris DikersonLondon, Böyük Britaniya
1983 Samir BannutMünhen, Almaniya
1984 Li HeyniNyu-York, ABŞ
1985 Li HeyniBrüssel, Belçika
1986 Li HeyniKolumbus, ABŞ
1987 Li HeyniQöteborq, İsveçrə
1988 Li HeyniLos-Anceles, ABŞ
1989 Li HeyniRimini, İtaliya
1990 Li HeyniÇikaqo, ABŞ
1991 Li HeyniOrlando, ABŞ
1992 Dorian YetsHelsinki, Finlandiya
1993 Dorian YetsAtlanta, ABŞ
1994 Dorian YetsAtlanta, ABŞ
1995 Dorian YetsAtlanta, ABŞ
1996 Dorian YetsÇikaqo, ABŞ
1997 Dorian YetsLonq-Biç, ABŞ
1998 Ronni KolemanNyu-York, ABŞ
1999 Ronni KolemanLas-Veqas, ABŞ
2000 Ronni KolemanLas-Veqas, ABŞ
2001 Ronni KolemanLas-Veqas, ABŞ
2002 Ronni KolemanLas-Veqas, ABŞ
2003 Ronni KolemanLas-Veqas, ABŞ
2004 Ronni KolemanLas-Veqas, ABŞ
2005 Ronni KolemanLos-Anceles, ABŞ
2006 Cey KatlerLas-Veqas, ABŞ
2007 Cey KatlerLas-Veqas, ABŞ
2008 Dekster CeksonLas-Veqas, ABŞ
2009 Cey KatlerLas-Veqas, ABŞ
2010 Cey KatlerLas-Veqas, ABŞ
2011 Fil HitLas-Veqas, ABŞ
2012 Fil HitLas-Veqas, ABŞ
2013 Fil HitLas-Veqas, ABŞ
2014 Fil HitLas-Veqas, ABŞ
2015 Fil HitLas-Veqas, ABŞ
2016 Fil HitLas-Veqas, ABŞ
2017 Fil HitLas-Veqas, ABŞ
2018 Şon RodenLas-Veqas, ABŞ
2019 Brendon KarriLas-Veqas, ABŞ
2022 Hadi ÇobanLas-Veqas, ABŞ

Qələbələrin sayı

Hələlik 13 qalib arasında ən yüksək nəticə Li Xeyni ilə Ronni Kolemana məxsusdur.[5]

1 dəfə qalib gələnlər:Kris Dikerson(1982), Samir Bannut(1983), Dekster Cekson (2008), Şon Roden (2018) , Hadi Çoban (2022),

2 dəfə qalib gələnlər:Larri Skot(1965–1966), Franko Kolombo(1976, 1981)

3 dəfə qalib gələnlər:Sejio Oliva(1967–1969), Frenk Zeyn(1977–1979)

4 dəfə qalib gələnlər:Cey Katler(2006–2007, 2009–2010)

6 dəfə qalib gələnlər:Dorian Yets(1992–1997)

7 dəfə qalib gələnlər:Arnold Şvartsenegger(1970–1975, 1980), Fil Hit (2011–2017)

8 dəfə qalib gələnlər:Li Heyni(1984–1991), Ronni Koleman(1998–2005).

Turnirin strukturu

Mister Olimpiya heçdə bir yarışdan ibarət deyil. 2010-cu ildən sonra bu turnirin tərkibində 9 müxtəlif kateqoriya mövcuddur:[6]

  • Mister Olimpiya.
  • 212 Showdown(çəkisi 212 funt və onda aşağı olan idmançılar üçün nəzərdə tutulmuş).
  • Klassik kateqoriya
  • Miss Olimpiya.(qadın bodibilderlərin yarışı)
  • Fitnes Olimpiya.(qadınların fitnes üzrə yarışı)
  • Figure Olympiya.(qadınlarn fitnes və bədən quruluşu yarışması)
  • Bikini Olympiya.(qadınların fitnes və bədən quruluşu yarışması, bikini kateqoriyası)
  • Men's Physique Showdown.(kişi bədən quruluşu yarışması)
  • Women's Physique Showdown(qadın bədən quruluşu yarışması)

İstinadlar

Həmçinin bax

Xarici keçidlər