Moonlight Densetsu

(Moonlight Densetsu / Heart Moving səhifəsindən istiqamətləndirilmişdir)

"Moonlight Densetsu" (ムーンライト伝説/HEART MOVING?, azərb. Ay işığı əfsanəsi‎) — Dali və Misae Takamatsunun sinqlı. 1992-ci ilin 21 martında Yaponiyada yayımlanmışdır. Sinqlın Dali tərəfindən hazırlanmış versiyası "Seylor Mun" animesinin ilk iki mövsümünün açılış mahnısı, Moon Lips tərəfindən hazırlanmış versiyası isə növbəti iki mövsümünün açılış mahnısı kimi istifadə olunmuşdur.

Moonlight Densetsu
Dali tərəfindən Bishōjo Senshi Sailormoon: Ai wa Doko ni Aru no? albomunda ifa olunmuş sinql
Yayımlanma tarixiYaponiya 21 mart 1992
Formatsinql
JanrJ-pop
Dilyapon dili
Müddət13:13
StudiyaNippon Columbia
Audio nümunəsi
Moonlight Densetsu

Qəbul

"Moonlight Densetsu" mahnısı Yaponiyada böyük uğur qazanmışdır.[1] 1995-ci ildə Yaponiya Səsyazma Assosasiya Kompaniyası tərəfindən qızıl sertifikasiya almışdır.[2] 2008-ci ildə Yaponiyanın Goo axtarış sistemi tərəfindən mahnı 1991-2000-ci illərin ən məşhur anime mahnısı seçilmişdir.[3] 4-5 iyul 2016-cı ildə KadokawaEnterbrain nəşriyyatlarının "CD & DL Data" musiqi jurnalı tərəfindən 6.956 nəfər (3.819 kişi, 3.137 qadın) arasında keçirdiyi araşdırmada "Moonlight Densetsu" ən populyar 3-cü mahnı seçilmişdir.[4]

Mahnı siyahısı

1992-ci il versiyası (Columbia CODC-8995)[5]
BaşlıqSöz Müddət
1. Moonlight Densetsu (ムーンライト伝説?) Dali (DALI) 2:52
2. Heart Moving (HEART MOVING?) Misae Takamatsu (高松美砂絵?) 3:42
3. Moonlight Densetsu (Orijinal karaoke)  2:57
4. Heart Moving (Orijinal karaoke)  3:38
13:13
2000-ci il versiyası "Mooonlight Densetcu / Otome no Policy"
BaşlıqSöz Müddət
1. Moonlight Densetsu (ムーンライト伝説?) Dali (DALI)  
2. "Otome no Policy" (乙女のポリシー?) Yoko İşida (石田燿子?)  
3. Moonlight Densetsu (Orijinal karaoke)   
4. Otome no Policy (Orijinal karaoke)   

İstinadlar

Xarici keçidlər