Mucibur Rəhman

Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi.

Mucibur Rəhman
benq. শেখ মুজিবুর রহমান
1950-ci il
1950-ci il
bayraq
Banqladeş prezidenti
bayraq2
17 aprel 1971 – 12 yanvar 1972
Baş nazirTacəddin Əhməd
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəyid Nazrul İslam
bayraq
Banqladeş baş naziri
bayraq2
12 yanvar 1972 – 24 yanvar 1975
PrezidentƏli Səid Çoudxuri
Məhəmməd Məhəmmədullah
ƏvvəlkiTacəddin Əhməd
SonrakıƏli Mənsur
bayraq
Banqladeş prezidenti
bayraq2
25 yanvar 1975 – 15 avqust 1975
Baş nazirƏli Mənsur
ƏvvəlkiMəhəmməd Məhəmmədullah
SonrakıXondaker Muştaq Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTonqipara, Benqal əyaləti, Britaniya Hindistanı
Vəfat tarixi (55 yaşında)
Vəfat yeriDəkkə, Banqladeş
Vəfat səbəbigüllə yarası[d]
Dəfn yeri
PartiyaBütün Hindistan Müsəlman Liqası (? - 1949)[2]
Banqladeş Avami Liqası (1949-1975)
Banqladeş Kirsak Sramik Avami Liqası
TəhsiliMaulana Azad Kolleci
Dəkkə Universiteti
Fəaliyyətisiyasətçi
Həyat yoldaşıŞeyx Fazilatunes Mujib[1]
UşaqlarıŞeyx Hasina[1]
Şeyx Rehanna[1]
Şeyx Kamal[1]
Şeyx Camal [1]
Şeyx Rasel[1]
DiniSünni İslam[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur[4]. Kəlküttə və Dakka Universitetlərində hüquq və siyasi elmlər ixtisaslarında təhsil aldı. Gənc yaşlarından İngilislərə qarşı azadlıq hərəkatına qoşulur və həbs edilir. 1949-cu ildə Avropa Birliyinin qurucuları arasında yer aldı və birliyin baş katibliyi vəzifəsini tutdu. 1955-ci ildə Pakistan Milli Məclisinə üzv seçildi. 1958-ci ildə inqilabla hakimiyyətə gələn Əyyub xana qarşı çıxdı. 1965-ci ildə Şərqi Pakistanın muxtariyyət verilməsi üçün proqram hazırladı. Ölkəni parçalamaq səbəbi ilə günahlandırılaraq həbs edilən Mucibur xalqın təzyiqi ilə azad edilir. 1969-cu ilin martında Əyyub xanın yerinə Yəhya xan hakimiyyətə keçdi.

Yəhya xan Mucibur Rəhmanın istəklərinə çox sərt münasibət bəslədi. Qərbi Pakistan ordusunu Şərqi Pakistana yeritdi. Şərqi Pakistan əhalisi Hindistana sığındı. Hindistan silahlı qüvvələri hesabına Qərbi Pakistanı məğlub etdilər. hakimiyyətə gələn Zülfüqar Əli Butto tərəfindən azadlığa buraxılan Mucibur 1972-ci ilin yanvarında Banqladeşin baş naziri olur. 1975-ci ilin əvvəllərindən prezident vəzifəsinidə ələ keçirdi. 1975-ci ilin 15 avqust tarixində çevrilişlə hakimiyyətdən getdi və ailəsi ilə birlikdə öldürüldü.

Həmçinin bax

İstinadlar