Mustafa Nadareviç

Mustafa Nadareviç (serb. Мустафа Надаревић; 2 may 1943, Banya Luka22 noyabr 2020[1][2], Zaqreb) — Xorvatiyalı aktyor.

Mustafa Nadareviç
serb. Мустафа Надаревић
Doğum tarixi2 may 1943(1943-05-02)
Doğum yeri
Vəfat tarixi22 noyabr 2020(2020-11-22)[1][2] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər xərçəngi
Vətəndaşlığı
Fəaliyyətiaktyor
Fəaliyyət illəri1971-ci ildən
IMDbID0618768
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərcümeyi-hal

Banja Lukada (hazırkı adı Bosniya və Herseqovina) anadan olub. Aktyorluq karyerası boyunca Balkanlarda ən diqqət çəkən xarakter aktyorlarından biri kimiməşhurluq əldə etmişdir. Keçmiş Yuqoslaviya kinosunda əsasən partizanlar rolları ifa etmişdir. Ən məşhur rollarına "Ata ezamiyyətdə " (1985), "Deja vu" (1987), "Qlembey ailəsi" (1988), " İdeal Dairə " (1997) filmlərini göstərmək olar.

1991-ci ildə Nadareviç "Səssiz barıt" (1990) filminə görə XVII Moskva Beynəlxalq Film Festivalında Ən yaxşı aktyor mükafatına layiq görülmüşdür .

Televiziyada Nadareviç, İzet Fazlinoviçin "Lud, Zbujen, Normalan" sitcomundakı komediya rolu ilə tanınır.

Seçilmiş filmoqrafiya

  • 1985 — Alt mətnlə eşq məktubları — Dr. Bosniak "Papageno";
  • 1985 — Ata ezamiyyətdə — Zijah;
  • 1987 — Dejə-vü — Mixail;
  • 1993 — Qrafinya Dora ;
  • 2001 — Yiyəsiz torpaq — Bosniya əsgəri
  • 2004 — Balkanlı oğlan — ədəbiyyat müəllimi.

Şəxsi həyatı

Uzun müddət sevgilisi olan daha sonra ailə qurduğu həyat yoldaşı aktrisa Slavica Radoviçin (25.04.1964–7.06.2012) döş xərçəngi səbəbiylə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər