Namiq Bağırov

Namiq Nurəddin oğlu Bağırov (30 avqust 1984; Masallı rayonu, Azərbaycan SSR6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Namiq Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriÇaxırlı, Masallı, Azərbaycan SSR
Vəfat tarixi (36 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriÇaxırlı, Masallı, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2001—2003 / 2020
Rütbəsi Çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub.[1] 1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Hərbi xidməti

Namiq Bağırov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Bağırov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar