Nizami (Goranboy)
Nizami — Azərbaycan Respublikasının Goranboy rayonunun Nizami kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nizami kəndi Xoylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nizami kənd Soveti yaradılmışdır.[1]
Nizami | |
---|---|
40°39′47″ şm. e. 46°31′14″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 343 m |
Saat qurşağı | |
Toponimikası
Kəndin keçmiş adı Mollavazlı olmuşdur. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Molla Avaz adlı şəxs salmışdır. Kənddəki nəsillərdən biri indi də avazlı adlanır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, çox qədim tarixə malik bu kənd vaxtilə Nizami Gəncəviyə vəqf olunmuş və bu kəndə onun adı verilmişdir.[2]
Coğrafiyası və iqlimi
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Tarixi
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1631 nəfər əhali yaşayır.[3]
İstinadlar
Həmçinin bax
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |