Nobel Mükafatı Muzeyi

Nobel Mükafatı Muzeyi — (əvvəlki adı Nobel Muzeyi [isv. Nobelmuseet]), İsveçin mərkəzi Stokholmdakı köhnə şəhər olan Qamla Standakı (Köhnə şəhər) Sturtoret meydanının şimal tərəfindəki keçmiş Birja Binasında (Börshuset) yerləşir. (İsveç Akademiyası və Nobel Kitabxanası da eyni binadadır.) Nobel Mükafatı Muzeyində, Nobel mükafatı və Nobel mükafatçıları haqqında məlumatlarla yanaşı, mükafatın qurucusu Alfred Nobel (1833–1896) haqqında məlumatları da özündə əks etdirən eksponatlarda nümayiş etdirilir. Muzeydə daima nümayiş olunanlar; şəxsi həyat hekayələri ilə birlikdə təqdim olunan Nobel mükafatı laureatlarının bağışladığı bir çox eksponatlardır.

Nobel Mükafatı Muzeyi
Nobel Muzeyi
Muzey 2019-cu ildə
Muzey 2019-cu ildə
Xəritə
Əsası qoyulub2001
Açılış tarixi2001-ci ilin yazı
MövzuTəbii elmlər və mədəniyyət
Ölkəİsveç
YerləşirStokholm bələdiyyəsi[d]
DirektorErika Lanner
59°19′30″ şm. e. 18°04′14″ ş. u.
Nobel Prize Museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Stokholmda Nobel Mükafatı Muzeyi

Nobel Muzeyi 2001-ci ilin yazında Nobel mükafatının verilməsinin 100 illiyi şərəfinə açıldı. Erika Lanner muzeyin yeni direktoru olması ilə yanaşı muzeyin adı 2019-cu ildə Nobel Mükafatı Muzeyi olaraq dəyişdirildi.[1]

Muzeyin manifestinə görə buradakı mahiyyət "Nobel mükafatçıları və onların qazandıqları uğurların, habelə Nobel mükafatı və Alfred Nobelin xatirəsini canlandıran" eksponatların olmasıdır. Bu məqsədlərə çatmaq üçün muzey bistro və dükanına əlavə olaraq; elmlə əlaqəli sərgilər, filmlər, teatr tamaşaları və müzakirələri təqdim edir. Muzey sərgilərində Mariya Küri, Nelson MandelaVinston Çörçill kimi görkəmli Nobel mükafatçılarıda var.[2][3]

Muzey tez-tez “Elm eskizləri”, Nobel kəşflərinin öz eskizləri ilə çəkilən 42 Nobel mükafatçısı ilə bir foto sərgi təqdim olunur. Bu sərgi DubaySinqapur da daxil olmaqla dünyanın digər yerlərində də nümayiş etdirilib.[4][5]

Öncəki sərgilərin birində Nobel Muzeyində nümayiş olunan Fulleren modeli.

Muzeydəki parçaların hər hansının maketini evinə aparmaq istəyən qonaqlar üçün Alfred Nobel və muzeylə əlaqəli əşyaların olduğu xatirə mağazası mövcuddur. Ən populyar əşyalardan biri Alfred Nobelin tünd şokaladdan hazırlanan qızıl medaldır. Başqa birisi isə jalapeño bibəri ilə ətirli İsveç "dinamit" konfetidir. 2011-ci ildə suvenir mağazası Nobelin həyatını simvolizə edən rəsmlər çəkən rəssam Artan Mansuri ilə əməkdaşlıq etdi. Bundan əlavə, dükanda uşaqlar üçün bir çox öyrədici oyuncaqlar, Nobel mükafatı laureatları haqqında kitablar və yalnız Nobel Muzeyi mağazasında olan unikal əşyalar təqdim olunur.[6][7]

Burada Nobel şokaladının, İsveç tortları, həmçinin nahar və şam yeməyinin təqdim olunduğu Bistro Nobeldə var. Bistroda Nobel dondurması da verilir; bu dondurmaya yalnız Nobel Bistroda rast gəlmək olar. Nobel çayı ümumiyyətlə hər il Nobel ziyafətində verilir.[8][9]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər