Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları (isv. Nobelpriset, norv. Nobelprisen) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə[A] uğurlarına görə verilir.[1] Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.[2]
İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.[3] Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[2] 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi. 2008-ci ildə qaliblər 10 000 000 İsveç kronu məbləğində mükafat ilə təltif olunublar.[4] Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir.[5] Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.[6]
2011-ci il etibarilə, 20 təşkilat və 69 iqtisadiyyat sahəsində mükafat alanlar da daxil olmaqla, cəmi 826 şəxs və təşkilata mükafat verilmişdir.[7] Dörd Nobel mükafatı laureatına bu mükafatı əldə etməsinə hökumətləri tərəfindən icazə verilməyib. Almaniyada Adolf Hitler hökuməti Riçard Kun[8] (kimya, 1938), Adolf Butenandt[9][10][11][12] (kimya, 1939) və Gerhard Domaqkın[13] (fiziologiya və ya tibb, 1939) mükafat almasına icazə verməyib. 1958-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternak [14] isə Sovet İttifaqının təzyiqi ilə mükafatı rədd etməyə məcbur olub. Fransız yazıçısı Jan Pol Sartr 1964-cü ildə ona verilən Ədəbiyyat üzrə Nobel mükafatı da daxil olmaqla, həyatı boyu ona verilən bütün mükafatları rədd edib.[15] 1973-cü ildə "Vyetnam münaqişəsinin həlli istiqamətində birgə fəaliyyətə görə" Şimali Vyetnamın siyasi xadimi Le Dık Tho və ABŞ-nin dövlət katibi Henri Kissincer Nobel sülh mükafatına layiq görüldülər. Lakin Le Dık Tho Vyetnamda əsl sülhün əldə olunmadığını əsas gətirərək, mükafatdan imtina etdi.[16]
Bu günə qədər altı şəxs və ya təşkilat Nobel mükafatını bir dəfədən çox qazanmağa nail olmuşdur. Bunların içində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı üç Nobel sülh mükafatı ilə birinci yeri tutur.[17] 826 Nobel mükafatı qazanandan 43-ü qadındır; 1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb.[17][18] 1940 və 1942-ci illər aralığında qəfil İkinci dünya müharibəsinin başlanması səbəbindən Nobel mükafatlarının verilməsinə fasilə verilmişdir.[19]
Laureatların siyahısı
İl | Fizika | Kimya | Fiziologiya və tibb | Ədəbiyyat | Sülh | İqtisadiyyat |
---|---|---|---|---|---|---|
1901 | Vilhelm Rentgen | Yakob Vant-Hoff | Emil fon Berinq | Sülli-Prüdom | Anri Dünan Frederik Passi | — |
1902 | Hendrik Lorens Piter Zeyeman | Emil Fişer | Ronald Ross | Teodor Mommzen | Eli Dükommen Albert Qoba | — |
1903 | Antuan Anri Bekkerel Pyer Küri Mariya Küri | Svante Arrenius | Nils Finzen | Byörnstyerne Byörnson | Vilyam Krimer | — |
1904 | Con Vilyam Strett | Vilyam Ramzay | İvan Pavlov | Frederik Mistral Xose Eçeqaray | Beynəlxalq Hüquq İnstitutu | — |
1905 | Filipp Lenard | Adolf fon Bayer | Robert Kox | Henrik Senkeviç | Berta fon Zutner | — |
1906 | Cozef Con Tomson | Anri Muassan | Kamillo Qolci Santyaqo Ramon-i-Kaxal | Cozue Karduççi | Teodor Ruzvelt | — |
1907 | Albert Abraham Maykelson | Eduard Buxner | Şarl Laveran | Redyard Kiplinq | Ernesto Teodoro Moneta Lui Reno | — |
1908 | Qabriel Lipman | Ernest Rezerford | İlya Meçnikov Paul Erlix | Rudolf Eyken | Klas Arnoldson Fredrik Bayer | — |
1909 | Karl Braun Qulyelmo Markoni | Vilhelm Ostvald | Teodor Koxer | Selma Lagerlöf | Ogüst Beyernar Pol D'Esturnel de Konstan | — |
1910 | Yan Van-der-Vaals | Otto Vallax | Albrext Kossel | Paul fon Heyze | Beynəlxalq Sülh Bürosu | — |
1911 | Vilhelm Vin | Mariya Küri | Alvar Qulstrand | Moris Meterlink | Tobias Asser Alfred German Frid | — |
1912 | Nils Dalen | Viktor Qrinyar Pol Sabatye | Aleksis Karrel | Gerhart Hauptman | Eliu Rut | — |
1913 | Heyke Kamerlinq Onnes | Alfred Verner | Şarl Rişe | Rabindranat Taqor | Anri Lafonten | — |
1914 | Maks fon Laue | Teodor Vilyam Riçards | Robert Barani | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1915 | Vilyam Henri Breqq Vilyam Lorens Breqq | Rixard Vilştetter | Mükafat bu il heç kəsə verilməyib | Romen Rollan | Mükafat bu il heç kəsə verilməyib | — |
1916 | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Verner fon Heydenstam | Mükafat bu il heç kəsə verilməyib | — |
1917 | Çarlz Qlover Barkla | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Karl Adolf Gellerup Henrik Pontoppidan | Beynəlxalq Qırmızı Xaç Komitəsi | — |
1918 | Maks Plank | Fris Haber | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1919 | Yohannes Ştark | Mükafat bu il heç kəsə verilməyib | Jül Borde | Karl Şpitteler | Vudro Vilson | — |
1920 | Şarl Edur Giyom | Valter Nernst | Avqust Kroq | Knut Hamsun | Leon Burjua | — |
1921 | Albert Eynşteyn | Frederik Soddi | Mükafat bu il heç kəsə verilməyib | Anatol Frans | Hjalmar Branting Kristina Lous Lange | — |
1922 | Nils Bor | Frensis Aston | Arçibald Hill Otto Meyerhof | Xasinto Benavente-i-Martines | Frityof Nansen | — |
1923 | Robert Milliken | Frits Preql | Frederik Bantinq Con Makleod | Vilyam Batler Yeyts | Mükafat bu il heç kəsə verilməyib | — |
1924 | Karl Siqban | Mükafat bu il heç kəsə verilməyib | Villem Eyndhoven | Vladislav Reymont | Mükafat bu il heç kəsə verilməyib | — |
1925 | Ceyms Frank Qustav Herts | Rixard Ziqmondi | Mükafat bu il heç kəsə verilməyib | Corc Bernard Şou | Cozef Ostin Çemberlen Çarlz Daues | — |
1926 | Jan Batist Perren | Teodor Svedberq | Yohannes Andreas Qrib Fibiger | Qrasiya Deledda | Aristid Braynd Qustav Ştrezeman | — |
1927 | Artur Kompton Çarlz Tomson Riz Vilson | Henrix Viland | Yulius Vaqner-Yaureqq | Anri Berqson | Ferdinand Büisson Lüdviq Kvidde | — |
1928 | Ouen Uillans Riçardson | Adolf Vindaus | Şarl Nikol | Siqrid Unset | Mükafat bu il heç kəsə verilməyib | — |
1929 | Lui de Broyl | Artur Qarden Hans fon Eyler-Helpin | Xristian Eykman Frederik Houlend Hopkins | Tomas Mann | Frenk Kelloq | — |
1930 | Çandrasekhara Venkata Raman | Hans Fişer | Karl Landşteyner | Sinkler Lüis | Natan Söderblom | — |
1931 | Mükafat bu il heç kəsə verilməyib | Karl Boş Fridrix Bergius | Otto Henrix Varburq | Erik Karlfeldt | Ceyn Addams Nikolas Batler | — |
1932 | Verner Heyzenberq | İrvinq Lenqmyur | Çarlz Skott Şerrinqton Edqar Duqlas Edrian | Con Qolsuorsi | Mükafat bu il heç kəsə verilməyib | — |
1933 | Ervin Şredinger Pol Dirak | Mükafat bu il heç kəsə verilməyib | Morqan Tomas Hant | İvan Bunin | Ralf Encell | — |
1934 | Mükafat bu il heç kəsə verilməyib | Yuri Harold Kleyton | Corc Uippl Corc Maynot Vilyam Mörfi | Luici Pirandello | Artur Henderson | — |
1935 | Ceyms Çedvik | Frederik Jolio-Küri İren Jolio-Küri | Hans Şpeman | Mükafat bu il heç kəsə verilməyib | Karl fon Oseski | — |
1936 | Viktor Frans Hess Karl Devid Anderson | Peter Debay | Henri Hallet Deyl Otto Lövi | Yucin O'Nil | Karlos Saavedra Lamas | — |
1937 | Klinton Devisson Corc Pacet Tomson | Uolter Houors Normen Paul Karrer | Albert Sent-Cörci | Roje Marten dü Qar | Robert Sesil | — |
1938 | Enriko Fermi | Riçard Kun[B] | Korney Heymans | Perl Bak | Beynəlxalq Nansen Təşkilatı | — |
1939 | Ernest Lourens | Adolf Butenandt[A] Lepold Rujiçka | Gerhard Domaqk[A] | Frans Emil Sillanpaa | Mükafat bu il heç kəsə verilməyib | — |
1940 | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1941 | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1942 | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1943 | Otto Ştern | Georq de Xeveşi | Henrik Dam Eduard Adelbert Doyzi | Mükafat bu il heç kəsə verilməyib | Mükafat bu il heç kəsə verilməyib | — |
1944 | İsidor Ayzek Rabi | Otto Han | Cozef Erlanger Herbert Spenser Qasser | Yohannes Yensen | Beynəlxalq Qırmızı Xaç Komitəsi | — |
1945 | Volfqanq Pauli | Artturi İlmari Virtanen | Aleksandr Fleminq Ernst Boris Çeyn Hovard Uolter Flori | Qabriela Mistral | Kordell Hall | — |
1946 | Perci Bricmen | Ceyms Samner Con Hovard Nortrop Uendell Meredit Stenli | German Cozef Möller | Herman Hesse | Emili Qrin Bolç Con Mott | — |
1947 | Eduard Eplton | Robert Robinson | Karl Ferdinand Kori Qerti Tereza Kori Bernardo Usay | Andre Jid | Cəmiyyət xidmətində Dostlar Şurası Cəmiyyət xidmətində Amerika Dostlar Komitəsi | — |
1948 | Patrik Blekett | Arne Tiselius | Paul Hermann Müller | Tomas Eliot | Mükafat bu il heç kəsə verilməyib[C] | — |
1949 | Hideki Yukava | Vilyam Ciok | Uolter Rudolf Hess Antonio Eqaş Moniş | Vilyam Folkner | Con Boyd Orr | — |
1950 | Sesil Pauell | Otto Dils Kurt Alder | Filip Şouolter Henç Eduard Kelvin Kendall Tadeuş Reyxşteyn | Bertran Rassel | Ralf Banç | — |
1951 | Con Kokroft Ernest Uolton | Edvin Makmillan Qlenn Teodor Siborq | Maks Teyler | Per Lagerkvist | Leon Juo | — |
1952 | Feliks Blox Edvard Mills Parsell | Arçer Con Porter Martin Riçard Lorens Millinqton Sinq | Zelman Vaksman | Fransua Moriak | Albert Şveytser | — |
1953 | Frits Çernike | German Ştaudinger | Hans Adolf Krebs Frits Albert Lipman | Vinston Çörçill | Corc Marşall | — |
1954 | Maks Born Valter Bote | Laynus Polinq | Con Franklin Enders Frederik Çapmen Robbins Tomas Hakl Ueller | Ernest Heminquey | Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı | — |
1955 | Uillis Lamb Polikarp Kuş | Vinsent dü Vinyo | Huqo Teorell | Halldor Laksness | Mükafat bu il heç kəsə verilməyib | — |
1956 | Con Bardin Uolter Hauzer Bratteyn Vilyam Bredford Şokli | Siril Norman Hinşelvud Nikolay Semyonov | Andre Frederik Kurnan Verner Forsman Dikinson Riçards | Xuan Ximenes | Mükafat bu il heç kəsə verilməyib | — |
1957 | Yanq Çjennin Li Tzundao | Aleksander Robertus Todd | Daniel Bove | Alber Kamyu | Lester Pirson | — |
1958 | Pavel Çerenkov İlya Frank İqor Tamm | Frederik Sanger | Corc Uels Bidl Eduard Teytem Coşua Lederberq | Boris Pasternak[D] | Jorj Pir | — |
1959 | Emilio Gino Segre Ouen Çemberlen | Yaroslav Heyrovski | Artur Kornberq Severo Oçoa | Salvatore Kvazimodo | Filip Noel-Beyker | — |
1960 | Donald Qlazer | Uillard Libbi | Frenk Makfarleyn Börnet Piter Medavar | Sen-Jon Pers | Albert Lutuli | — |
1961 | Robert Hofştadter Rudolf Mössbauer | Melvin Kalvin | Dyörd von Bekeşi | İvo Andriç | Daq Hammarşeld | — |
1962 | Lev Landau | Maks Peruç Con Kendrü | Frensis Krik Ceyms Uotson Moris Uilkins | Con Steynbek | Laynus Polinq | — |
1963 | Yucin Viqner Mariya Göppert-Mayer Hans Yensen | Karl Ziqler Culio Natta | Con Karyu Ekkls Alan Lloyd Hockin Endrü Haksli | Yorqos Seferis | Beynəlxalq Qırmızı Xaç Komitəsi Qırmızı Xaç Cəmiyyətləri Liqası | — |
1964 | Çarlz Hard Tauns Nikolay Basov Aleksandr Proxorov | Doroti Kroufut Hockin | Konrad Emil Bloh Feodor Feliks Konrad Linen | Jan Pol Sartr [E] | Martin Lüter Kinq | — |
1965 | Sin-İtiro Tomonaqa Culian Şivinger Riçard Feynman | Robert Börns Vudvord | Fransua Yakob Andre Mişel Lvov Jak Mono | Mixail Şoloxov | BMT Uşaq Fondu | — |
1966 | Alfred Kastler | Robert Sanderson Malliken | Frensis Peyton Rous Çarlz Brenton Haqqins | Şmuel Yosef Aqnon Nelli Zaks | Mükafat bu il heç kəsə verilməyib | — |
1967 | Hans Bete | Manfred Eyqen Ronald Corc Reyford Norriş Corc Porter | Raqnar Qranit Holden Keffer Hartlayn Corc Uold | Migel Anhel Asturias | Mükafat bu il heç kəsə verilməyib | — |
1968 | Luis Alvares | Lars Onsager | Robert Holli Har Qobind Korana Marşal Uarren Nirenberq | Yasunari Kavabata | Rene Kassen | — |
1969 | Marri Gell-Mann | Derek Barton Odd Hassel | Maks Delbryuk Alfred Herşi Salvador Luria | Semyuel Bekket | Beynəlxalq Əmək Təşkilatı | Raqnar Friş Yan Tinberqen |
1970 | Hannes Alfven Lui Neel | Luis Leluar | Culius Akselrod Ulf von Eyler Bernard Katz | Aleksandr Soljenitsın | Norman Borlouq | Pol Samuelson |
1971 | Dennis Qabor | Gerhard Hersberq | Erl Uilbur Sazerlend | Pablo Neruda | Uilli Brandt | Saymon Kuznes |
1972 | Con Bardin Leon Kuper Robert Şriffer | Kristian Anfinsen Stanford Mur Vilyam Hovard Stayn | Cerald Edelman Rodni Porter | Henrix Böll | Mükafat bu il heç kəsə verilməyib | Con Hikk Kennet Errou |
1973 | Leo Esaki Ayvor Cayever Brayan Devid Cozefson | Ernst Otto Fişer Ceffri Uilkinson | Karl von Friş Konrad Lorens Nikolaas Tinbergen | Patrik Vayt | Henri Kissincer Le Dık Tho [F] | Vasili Leontyev |
1974 | Martin Rayl Entoni Hyuiş | Pol Flori | Albert Klod Kristian de Düv Corc Emil Palade | Eyvind Yonson Harri Martinson | Şon Makbrayd Eysaku Sato | Qunnar Myurdal Fridrix fon Hayek |
1975 | Oge Bor Ben Mottelson Ceyms Reynuoter | Con Kornfort Vladimir Preloq | Devid Baltimor Renato Dulbekko Hovard Martin Temin | Eucenio Montale | Andrey Saxarov | Leonid Kantoroviç Tyallinq Kupmans |
1976 | Berton Rixter Samuel Tinq | Vilyam Lipskomb | Barux Semyuel Blamberq Daniel Karlton Qaydusek | Sol Bellou | Betti Vilyams Meyrid Korriqan | Milton Fridmen |
1977 | Filip Uarren Anderson Nevill Mott Con van Flek | İlya Priqojin | Roje Qiymen Endrü Şalli Rozalin Sasmen Yalou | Visente Aleysandre | Beynəlxalq Əfv | Bertil Ulin Ceyms Mid |
1978 | Pyotr Kapitsa Arno Penzias Robert Vudro Uilson | Piter Mitçell | Verner Arber Daniel Natans Hamilton Smit | İsaak Başevis-Zinger | Ənvər Sadat Menaxem Begin | Herbert Saymon |
1979 | Şeldon Qleşou Əbdus Salam Stiven Vaynberq | Herbert Braun Georg Vittiq | Allan Kormak Qodfri Haunsfild | Odiseas Elitis | Tereza Ana | Teodor Şults Artur Lyuis |
1980 | Ceyms Kronin Val Fits | Pol Berq Uolter Gilbert Frederik Senger | Barux Benaserraf Jan Dosse Corc Deyvis Snell | Çeslav Miloş | Adolfo Peres Eskivel | Lorens Kleyn |
1981 | Nikolas Blumberqen Artur Şavlov Kay Siqban | Keniti Fukui Roald Hofman | Rocer Sperri Devis Hyubel Torsten Vizel | Elias Kanetti | Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı | Ceyms Tobin |
1982 | Kennet Uilson | Aaron Kluq | Sune Berqström Benqt Samuelsson Con Robert Veyn | Qabriel Qarsiya Markes | Alva Myurdal Alfonso Robles | Corc Stiqler |
1983 | Subramanyan Çandrasekar Vilyam Fauler | Henri Taube | Barbara Mak-Klintok | Vilyam Qoldinq | Lex Valensa | Cerard Debre |
1984 | Karlo Rubbia Simon van der Mer | Robert Brüs Merrifild | Nils Kay Yerne Georq Köler Sezar Milşteyn | Yaroslav Seyfert | Desmond Tutu | Riçard Stoun |
1985 | Klaus von Klitzinq | Herbert Hauptman Cerom Karle | Maykl Stüart Braun Cozef Qoldşteyn | Klod Simon | Nüvə Müharibəsi Əleyhinə Dünya Həkimləri Hərəkatı | Franko Modilyani |
1986 | Ernst Ruska Herd Binniq Henrix Rorer | Dadli Robert Herşbax Yuan Li Con Çarlz Polani | Stenli Koen Rita Levi-Montalcini | Vole Şoyinka | Eli Vizel | Ceyms Byukenen |
1987 | Georq Bednorts Aleks Müller | Donald Kram Jan-Mari Len Çarlz Pedersen | Susumu Toneqava | İosif Brodski | Oskar Arias | Robert Solou |
1988 | Leon Lederman Melvin Şvarts Cek Steynberger | Yohan Dayzenhofer Robert Huber Hartmut Miçel | Ceyms Blek Gertrud Elion Corc Hitçinqs | Nəcib Məhfuz | BMT Sülhməramlı Qüvvələri | Moris Allays |
1989 | Norman Remzi Hans Demelt Volfqanq Paul | Sidney Oltmen Tomas Çek | Con Maykl Bişop Harold Varmus | Kamilo Xose Sela | XIV Dalay Lama | Trüqve Hovelmu |
1990 | Cerom Fridman Henri Kendall Riçard Teylor | Elias Ceyms Kori | Cozef Mürrey Donnall Tomas | Oktavio Pas | Mixail Qorbaçov | Harri Markovits Merton Miller Vilyam Şarp |
1991 | Pier-Jil de Jen | Rixard Ernst | Ervin Neer Bert Sakman | Nadin Qordimer | Aun San Su Çji | Ronald Kouz |
1992 | Jorj Şarpak | Rudolf Markus | Edmond Fişer Edvin Krebs | Derek Uolkott | Riqoberta Mençu | Hari Bekker |
1993 | Rassel Hals Cozef Teylor | Keri Mullis Maykl Smit | Riçard Roberts Fillip Allen Şarp | Toni Morrison | Nelson Mandela Frederik Villem de Klerk | Robert Fogel Duqlas Nort |
1994 | Bertram Brokhaus Klifford Şall | Corc Olah | Alfred Gilman Martin Rodbell | Kenzaburo Oe | Yasir Ərəfat Şimon Peres İshaq Rabin | Con Xarsani Con Neş Reynhard Zelten |
1995 | Martin Perl Frederik Raynes | Paul Krutzen Mario Molina Frank Şervud Rouland | Edvard Lyüis Kristiana Nüsslein-Volhard Erik Vişaus | Şeymas Hini | Cozef Rotblat | Robert Lukas |
1996 | Devid Li Duqlas Oşerov Robert Kolman Riçardson | Robert Kerl Harold Kroto Riçard Smolli | Piter Doerti Rolf Tsinkernagel | Vislava Şimborska | Karluş Belu Jose Ramos-Horta | Ceyms Mirrlis Vilyam Vikri |
1997 | Stiven Çu Klod Koen-Tannuci Vilyam Fillips | Pol Boyer Con Uoker Yens Skou | Stenli Pruziner | Dario Fo | Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Hərəkat Codi Vilyams | Robert Merton Mayron Şoulz |
1998 | Robert Laflin Horst Ştermer Daniel Çui | Valter Kon Con Popl | Robert Furxqott Luis İqnarro Fərid Murad | Joze Saramaqo | Con Hyüm Devid Trimbl | Amartya Sen |
1999 | Gerardus 't Hooft Martinus Veltman | Əhməd Zevayl | Günter Blobel | Günter Qrass | Sərhədsiz Həkimlər | Robert Mandell |
2000 | Jores Alfyorov Herbert Kromer Cek Kilbi | Alan Higer Alan MakDiarmid Hideki Sirakava | Arvid Karlsson Pol Qrinqard Erik Kandel | Qao Sintszyan | Kim De Çjun | Ceyms Hekman Deniel Makfadden |
2001 | Erik Kornell Volfqanq Ketterle Karl Viman | Vilyam Noulz Noyori Ryodzi Barri Şarpless | Leland Hartvell Tim Hunt Pol Nurs | Vidiadxar Suracprasad Naypol | Birləşmiş Millətlər Təşkilatı Kofi Annan | Corc Akerlof Maykl Spens Cozef Stiqlits |
2002 | Raymond Devis Masatoşi Koşiba Rikardo Cakkoni | Con Bennett Fenn Koiçi Tanaka Kurt Vütrix | Sidney Brenner Robert Horvits Con Salston | İmre Kertes | Cimmi Karter | Deniel Kaneman Vernon Smit |
2003 | Aleksey Abrikosov Vitali Ginzburq Entoni Legget | Piter Aqre Roderik Makkinon | Pol Loterbur Piter Mensfild | Con Maksvell Kutzee | Şirin Ebadi | Robert İnql Kliv Qrendjer |
2004 | Devid Qross Hyu Devid Politzer Frank Vilçek | Aaron Çexanover Avram Herşko İrvin Rouz | Riçard Aksel Linda Bak | Elfrida Yelinek | Vanqari Maatai | Finn Kidland Edvard Preskott |
2005 | Roy Qlauber Con Holl Teodor Henş | İv Şoven Robert Qrabbs Riçard Şrok | Berri Marşall Robin Uorren | Harold Pinter | Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Məhəmməd Əl-Baradei | Robert Aumann Tomas Şellinq |
2006 | Con Mazer Corc Smut | Rocer Kornberq | Endrü Fayer Kreyq Mello | Orxan Pamuk | Məhəmməd Yunus Qremin Bankı | Edmund Felps |
2007 | Albert Fert Peter Qrünberq | Gerhard Ertl | Mario Kapekki Martin Evans; Oliver Smitis | Doris Lessinq | İqlim Dəyişikliyi üzrə Beynəlxalq Mütəxəssislər Komissiyası Albert Qor | Leonid Qurvits Erik Meskin Rocer Mayerson |
2008 | Yoiçiro Nambu Makoto Kobayaşi Toşihide Maskaua | Osamu Simomura Martin Çalfi Rocer Tsen | Harald tsur Hauzen Fransuaza Barre-Sinussi Lük Montanyer | Jan-Mari Qustav Le Klezio | Marti Axtisaari | Pol Kruqman |
2009 | Çarlz Kan Kao Uillard Boyl Corc E. Smit | Venkatraman Ramakrişnan Tomas Steys Ada Yonat | Elizabet Bləkbörn Kerol Qreyder Cek Şostak | Herta Müller | Barak Obama | Elinor Ostrom Oliver Vilyamson |
2010 | Andrey Qeym Konstantin Novosyolov | Richard Hek Eyiti Negisi Akir Suzuki | Robert Edvards | Mario Varqas Lyosa | Lyu Syaobo [G] | Piter Daymond Deyl Martinsen Xristofor Pisserides |
2011 | Sol Perlmutter Adam Riss Brayan Şmidt | Dan Şehtman | Brüs Bötler Jül Hoffmann Ralf Staynman | Tumas Tranströmer | Elen Conson-Serlif Leyma Qbovi Təvəkkül Karman | Tomas Sercent Xristofor Sims |
2012 | Serj Aroş Devid Vaynlend | Robert Lefkoviç Brayan Kobilka | Con Qyordon Şinya Yamanaka | Mo Yan | Avropa İttifaqı | Elvin Rot Lloyd Şepli |
2013 | Fransua Enqler Piter Hiqqs | Martin Karplus Maykl Levitt Are Varşel | Ceyms Rotman Rendi Şekman Tomas Südhof | Elis Manro | Kimyəvi silahların qadağan olunması təşkilatı | Eqini Fema Lars Piter Hansen Robert Şiller |
2014 | İsamu Akasaki Hiroşi Amano Syuci Nakamura | Erik Betziq Ştefan Hell Vilyam Mörner | Con O'Kif Mey-Britt Mozer Edvard Mozer | Patrik Modiano | Kaylaş Satyarti Məlalə Yusəfzay | Jan Tirol |
2015 | Takaaki Kacita Artur Makdonald | Əziz Sancar Pol Modriç Tomas Lindal | Vilyam Kempbell Satosi Omura Tu Yuyu | Svetlana Aleksiyeviç | Tunis Milli Dialoq Kvarteti | Enqus Diton |
2016 | Devid Taules Dunkan Holdeyn Maykl Kosterlits | Jan-Pyer Savaj Frezer Stoddart Bernard Feringa | Yoşinori Oşumi | Bob Dilan | Xuan Manuel Santos | Oliver Hart Benqt Holmström |
2017 | Rayner Vays Barri Bariş Kip Torn | Jak Düboşe Yoahim Frank Riçard Henderson | Ceffri Holl Maykl Rozbaş Maykl Yanq | Kadzuo İsiquro | Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya | Riçard Taler |
2018 | Artur Eşkin Jerar Muru Donna Striklend | Frensis Arnold Corc Smit Qreq Uinter | Ceyms Ellison Tasuku Hondzö | Mükafat bu il heç kəsə verilməyib | Deni Mukveqe Nadiya Murad | Vilyam Nordhaus Pol Romer |
2019 | Ceyms Pibls Mişel Mayor Didye Keloz | Con Qudenaf Stenli Uittingem Akira Yosino | Vilyam Kelin Peter Ratkliff Qreqq Semenza | Olqa Tokarçuk Peter Handke | Abiy Əhməd Əli | Abhicit Banerci Ester Dyuflo Maykl Kremer |
2020 | Rocer Penrouz Reynhard Gentsel Andrea Gez | Emmanuel Şarpantye Cennifer Dudna | Harvi Olter Çarlz Rays Maykl Houton | Luiza Qlük | Dünya Qida Proqramı | Paul Milqrom Robert Vilson |
2021 | Syukuri Manabe Klaus Hasselmann Corco Parizi | Benyamin List Devid MakMillan | Ardem Pataputyan Devid Culius | Abdulrazak Qurna | Dmitri Muradov Mariya Ressa | Devid Kard Coşua Anqrist Qvido İmbens |
2022 | Alen Aspe Con Klauzer Anton Tsaylinger | Karolin Bertoççi Morten Meldal Barri Şarpless | Svante Paabo | Anni Erno | Ales Belyatski Memorial (təşkilat) Vətəndaş Azadlığı Mərkəzi | Ben Bernanke Duqlas Daymond Filip Dibviq |
2023 | Pyer Agostini Ferents Kraus Ann Lyuil | Munqi Bavendi Luis Bryus Aleksey Yekimov | Katalin Kariko Dryu Vaysman | Yun Fosse | Nərgiz Məhəmmədi | Klaudiya Qoldin |
İl | Fizika | Kimya | Fiziologiya və tibb | Ədəbiyyat | Sülh | İqtisadiyyat |
Qeydlər
- A Dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələr.[20]
- B 1938 və 1939-cu illərdə Almaniya hökuməti Riçard Kun (kimya, 1938), Adolf Butenandt (kimya, 1939) və Gerhard Domaqkın (fiziologiya və ya tibb, 1939) mükafat almasına icazə verməyib. Onlar sonradan Nobel mükafatının diplomu və medalı ilə təltif olunublar, pul mükafatını isə qəbul etməyiblər.[17]
- C 1948-ci ildə Nobel sülh mükafatı heç kəsə verilməmişdir. Nobel Fondunun internet saytında mükafatın Mahatma Qandiyə veriləcəyini, lakin həmin ilin əvvəllərində ona sui-qəsd edildiyindən mükafatın keç kəsə verilmədiyi bildirilir.[21]
- D 1958-ci ildə Rusiyalı şair və yazıçı Boris Pasternak Sovetlər İttifaqı hökumətinin təzyiqi nəticəsində, Ədəbiyyat üzrə Nobel mükafatını rədd etməyə məcbur olub.[17]
- E 1964-cü ildə Jan Pol Sartr Ədəbiyyat üzrə Nobel mükafatından imtina edib. O, bu addımını hansısa ictimai instituta borclu qalmamaq və öz müstəqilliyini şübhə altına qoymaq istəmədiyinə görə atdığını bəyan edib.[17]
- F 1973-cü ildə Le Dık Tho Nobel sülh mükafatından imtina edib. İmtinaya səbəb kimi isə Vyetnamda hələ də əsl sülhün əldə olunmadığını əsas gətirib.[17][19]
- G 2010-cu ildə Lyu Syaobo Çin hökuməti tərəfindən 11 il müddətinə həbs cəzasına məhkum edildiyinə görə, Nobel sülh mükafatını ala bilməyəcəyini və onun əvəzinə mükafatı almaq üçün heç kəsin olmadığını bildirib. Nobel sülh mükafatını təqdim edən komitənin sədri Tornbyorn Yaqland bildirib ki, Syaobo və ya onun yaxın qohumlarından kimsə mükafatı götürənədək onu komitədə saxlayacaqlar.[22]
İstinadlar
- Ümumi
- Xüsusi