Nəriman Axundzadə

Azərbaycanlı futbolçu

Nəriman Axundzadə (23 aprel 2004, Bakı[1]) — azərbaycanlı futbolçu. "Qarabağ" klubunda və Azərbaycan milli komandasının heyətində hücumçu mövqeyində çıxış edir.[2]

Nəriman Axundzadə
Axundzadə 2022-ci ildə
Axundzadə 2022-ci ildə
Ümumi məlumatlar
Tam adıNəriman Əhməd oğlu Axundzadə
Doğum tarixi23 aprel 2004(2004-04-23) (20 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu1,83 m
Mövqeyihücumçu
Klub haqqında məlumat
KlubAzərbaycan Qarabağ
Nömrəsi90
Karyerası
Gənclik karyerası
2013—2022Azərbaycan Qarabağ FK-2
Klub karyerası[* 1]
2022—h.hAzərbaycan Qarabağ29 (6)
Milli yığma[* 2]
2019Azərbaycan Azərbaycan U-196 (2)
2022—h.h.Azərbaycan Azərbaycan U-213 (1)
2022—h.h.Azərbaycan Azərbaycan1 (0)

Erkən həyatı

Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.

Karyerası

Qarabağ FK

"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib.[3]Nəriman Axundzadə 2022–23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib.[4] Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.[5]

N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa” klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Milli komanda

Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib.[6] O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.[5]

Oyun statistikası

Klub

22 fevral 2024 tarixində yenilənib[7]
Klub, mövsüm və yarışa görə oyun və qol sayı
KlubMövsümLiqaMilli Kubok[a]Liqa kubokuQitəDigərCəmi
LiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Qarabağ FK2022-23Azərbaycan Premyer Liqası900000000090
2023-24Azərbaycan Premyer Liqası17422006[b]100257
Cəmi26422006100347
Karyerasında cəmi26422003100347

İstinadlar