Orxan Həmidov

Orxan İbrahim oğlu Həmidov (29 mart 1980; Füzuli rayonu, Azərbaycan SSR2 aprel 2016; Lələ təpə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Orxan Həmidov
Orxan İbrahim oğlu Həmidov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriƏhmədalılar, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (36 yaşında)
Vəfat yeriLələ təpə istiqaməti, Azərbaycan
Dəfn yeriƏhmədalılar, Füzuli rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Rütbəsi Kiçik gizir
DöyüşlərAprel döyüşləri
Təltifləri"İgidliyə görə" medalı

Həyatı

Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.

Hərbi xidməti

Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Orxan Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Şəxsi həyatı

Ailəli idi, 2007 və 2009-cu il təvəllüdlü iki oğlu var. 2020-ci ildə Orxan Həmidovun övladları Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb. Sentyabr ayının 1-dən etibarən şəhidin ailəsinə hər övlada 18 yaşı tamam olana kimi hər ay 150 manat olmaqla 300 manat məbləğində maddi yardım veriləcək.[1]

İstinadlar