Orxan Mərdan

Orxan Mərdan Şiruyyə oğlu (13 sentyabr 1984) — Prodüser, rejissor, ssenarist, aktyor.

Orxan Mərdan
Orxan Mərdan Şiruyyə oğlu
Orxan Mərdan Şiruyyə oğlu
Doğum tarixi (39 yaş)
Doğum yeriAzərbaycan Azərbaycan SSR, Abşeron
MilliyyətiAzərbaycanlı
VətəndaşlığıAzərbaycan Azərbaycan
FəaliyyətiProdüser, Rejissor, Ssenarist, Aktyor
TəhsiliBakı Dövlət Universiteti

Həyatı

Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur.[1] Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir.

Fəaliyyəti

Jam Media reklam şirkətində reklam fəaliyyəti ilə məşğul olduqdan sonra fəaliyyət sahəsini dəyişərək 2012-ci ildə Cavanlıq serialının ssenari müəllifliyini üstələnmişdir. 2013- cü ildə Oğurlanmış arzular (film, 2015) serialının Baş produseri olaraq produserlik fəaliyyətinə başlamışdır. 2014-cü ildən isə produser kimi 2014 - Xoxan (film, 2014)[2], 2016- Naxox (film, 2016)[3] [4][5], 2017- İkinci pərdə (film, 2017)[6], 2018 - Qaragöz (Film 2018), 2021-ci ildə Zəhər tuluğu (film, 2021) filmlərini istehsal etmişdir. [7] [8] [9] [10]

Filmoqrafiya

YearTitleCredited asQeyd
RejissorSsenaristProdüserAktyor
2013QafqazYoxQısametrajlı film
2014XoxanYoxYoxYox
2016NaxoxYoxYoxYox
2017İkinci PərdəYox
2018QaragözYox
2021Zəhər TuluğuYox

Serial

ILAdıYayım kanalıJanrVəzifə
2012CavanlıqLider TvKomediyaBaş Prodüser
2013Oğurlanmış ArzularSpace TvDramBaş prodüser

Televiziya və Radio Fəaliyyəti

İlAdıJanrYayım yeriVəzifə
2008SoloMusiqili əyləncəLider TvBaş Redaktor
2010Lider tv 10 ilKonsertLider TvBaş Redaktor
2012LiftReality showLider TvBaş Redaktor
2015YVG Radio ShowƏyləncəliRadio SpaceMüəllif, Aparıcı

Müsahibələr

Xarici keçidlər