Oyun pultu

iki əl ilə tutulan və barmaqların giriş funksiyasını yerinə yetirdiyi oyun kontrolleri

Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64",[1] "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır.

Xbox Wireless Controller

Geympadlar oyunçuoyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasınısiçanı əvəz edir.[2][3][4]

İstinadlar

Xarici keçidlər