Peter Nikolay Arbo

Peter Nikolay Arbo (norv. Peter Nicolai Arbo; 18 iyun 1831[1][2][…]14 oktyabr 1892[2][3][…], Kristianiya[d]) — Norveç rəssamı. O, Norveç tarixindən olan rəsm əsərləri və skandinav mifologiyasından şəkillər üzrə ixtisaslaşmışdı. Onun ən tanınmış əsəri Vəhşi ovValkiriya mövzuları əsasında yağlı boya ilə çəkilmiş "Odinin Vəhşi ovu" rəsm əsəridir.[4][5]

Peter Nikolay Arbo
nyunorsk Peter Nicolai Arbo
Doğum tarixi18 iyun 1831(1831-06-18)[1][2][…]
Vəfat tarixi14 oktyabr 1892(1892-10-14)[2][3][…] (61 yaşında)
Vəfat yeri
Fəaliyyətirəssam
Janrtarix rəssamlığı
MükafatlarıMüqəddəs Olaf ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Peter Nikolay Arbo 18 iyul 1831-ci ildə Norveçin Drammen şəhərinin Skoger borosunda anadan olmuşdur. O, məktəb direktoru olan Kristian Fredrik Arbo (17911868) və onun həyat yoldaşı Mari Kristian fon Rozenin oğlu idi. Onun qardaşı Karl Oskar Oygen hərbi həkim və Norveç antropologiya elmlərinin pionerlərindən biri idi. Arbonun uşaqlıq evi olan Qulskogen 1804-cü ildə yay iqamətgahı kimi tikilmişdir.[6][7]

Arbo incəsənət təhsilinə Frederik Ferdinand Helsted (18091875) tərəfindən idarə olunan və Kopenhagen şəhərində yerləşən İncəsənət Məktəbində start vermişdir. Bundan sonra o, Düsseldorf şəhərində yerləşən bir incəsənət akademiyasında təhsilini davam etdirmişdir. O, 1853-cü ildən 1855-ci ilə qədər Karl Ferdinand Sohnun müəllimliyi ilə Düsseldorf İncəsənət Akademiyasında, 1857-ci ildən 1858-ci ilə qədər Emil Hüntenin müəllimliyi ilə təhsil almışdır. Arbo bir müddət Otto Mengelberqin (18171890) şagirdi olmuşdur.[8]

Arbo 1861-ci ildə Norveçə qayıdmışdır. O, növbəti il dostu Hans Qude və Frederik Kollett ilə birlikdə etüd səyahətinə çıxmışdır. Arbo 1863-cü ildə "Yüksək dağlardakı ilxı" adlı ilk rəsm əsərini çəkmişdir. Bu əsərin 1889-cu ildəki versiyası Oslo şəhərindəki Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyində saxlanılır.[9]

O, 1866-cı ildə Müqəddəs Olaf Norveç Krallıq Ordeninin Cəngavəri və Vasa Ordenininn Cəngavəri təyin edilmişdir. O, müxtəlif vəzifələrdə işləmişdir. Peter Nikolay Arbo 14 oktyabr 1892-ci ildə Norveçin Kristianiya şəhərində vəfat etmişdir.

Qalereya

Mənbə

İstinadlar

Ədəbiyyat

  • Marit I. Lange and Anne Berit Skaug Peter Nicolai Arbo 1831-1892 (Museum of Drammen. Exhibition Catalogue; edited 1986)
  • Leif Østby and Henning Alsvik, Norges billedkunst i det nittende og tyvende århundre (Vol. 1, pp. 167–8)

Xarici keçidlər